Menu
Geri İrəli

İlin sonunda Sumqayıt teatrında premyera olacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Noyabr 2012 • Baxış sayı: 171 dəfə • Şərh yoxdur

Huseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrı yeni tamaşa üzərində işləyir.
Teatrın direktoru, Əməkdar Mədəniyyət İşcisi Mehman Şükürovun AzərTAc-a verdiyi məlumata görə, yazıçı-publisist Şirməmməd Nəzərlinin “Yusifin qəmi” tarixi pyesinin məşqləri davam edir. İki hissəli əsəri tamaşaya Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov hazırlayır.
Dövlət sifarişi ilə səhnəyə qoyulam tamaşanın premyerası ilin sonunda keçiriləcəkdir. Qeyd edək ki, “Yusifin qəmi” pyesinin müəllifinin daha3 əsəri Bakı teatrlarının səhnələrində tamaşaya qoyulmuşdur. Ətrabə Rzayeva, AzərTac

Facebook Şərhləndirmə:

Şərhinizi yazın