Menu
Geri İrəli

İndi bütün Sumqayıt onlardan danışacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Yanvar 2014 • Baxış sayı: 987 dəfə • Şərh yoxdur
hebse-mehkum-olunan-030910Sumqayıtda taksi sürücülərinə qarşı soyğunçuluq edən iki əmioğlu saxlanılıb. Onlar bu çirkin əməllərini əsasən gecə saatlarında taksi sürücülərini soyuq silahla hədələyərək həyata keçiriblər.
Sumqayıtda taksi sürücülərini soyan əmioğulları saxlanılıb. Şəhər Polis İdarəsinin keçirdiyi əməliyyat nəticəsində müxtəlif vaxtlarda sürücülərə hədə-qorxu gələrək onlardan pul alan 36 yaşlı Mübariz Əsədov və onun əmisi oğlu olan Rafiq Əsədov sübhəli şəxs qismində istintaqa cəlb edilib. Saxlanılan şəxslər tutduqları əməllərini sərxoş vəziyyətdə törətdiklərini etiraf ediblər. Onlar taksi sürücüsünün birindən 12 manat, digərindəın isə 58 manat pulu soyğunçuluq yolu ilə əldə ediblər.
Xatırladaq ki, saxlanılan Mübariz Əsədov əvvələr anasına və hazırda çirkin əməllərini birgə həyat keçirdiyi Rafiq Əsədovu bıçaqla vurduğuna görə məhkumluq həyatı yaşayıb. Hazırda polis saxlanılan şəxslərin bu kimi soyğunçuluq əməllərini digər taksi fəaliyyəti ilə məşğul olanlara qarşı törətdiyini araşdırır.
Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın