Menu
Geri İrəli

İnsan nə zaman öləcəyini qabaqcadan biləcək

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Avqust 2013 • Baxış sayı: 310 dəfə • 1 şərh

Britaniya alimləri insanın ömrünə nə qədər qaldığını müəyyən etməyi bacaran cihaz hazırlayıblar. 

Qola taxılan saata oxşayan cihaza “ölüm indikatoru” adı verilib. O, orqanizmin nə qədər sürətlə qocaldığını müəyyən edir. Bu barədə Trend “Utro.ru” saytına istinadən xəbər verir.

Lankaster Universitetinin mütəxəssislərinin yaratdıqları qurğu ağrısız lazer şüalanmasının köməyi ilə kapilyarlardakı endotel hüceyrələrin vəziyyətini öyrənir və qocalmanın sürətini hesablayır. Testin nəticələrini 0-dan 100-dək rəqəmlər göstərir. Minimum nəticələr insanın artıq öldüyünü, maksimum nəticə isə sağlamlığın optimal vəziyyətini göstərir.

“Mirror” qəzeti yazır ki, “ölüm indikatoru”nun köməyi ilə ağıl zəifliyi və xərçəng kimi xəstəliklərə diaqnoz qoymaq mümkündür. Qurğunu yaradan fiziklər Aneta Stefanovska və Piter Makklintokun sözlərinə görə, testin nəticələri mütəmadi olaraq məlumat bazasarına köçürüləcək.

Stefanovska deyib: “Onu yoxlamaqla orqanizmin ehtiyatlarını maksimum dəqiqliklə müəyyən etmək mümkün olacaq. Biz, sözün həqiqi mənasında, insanın nə qədər ömrü qaldığını söyləyə biləcəyik”. Qurğunun yaradıcıları artıq üç ildən sonra həkimlərin ondan istifadə edəcəklərinə ümid etdiklərini bildiriblər.Qaynar.info

 

 

Facebook Şərhləndirmə:

“İnsan nə zaman öləcəyini qabaqcadan biləcək” yazısına bir cavab

  1. Kamilov deyir:

    Insanin ne vaxt oleceyini qabaqcadan bilmek mumkun deyil.
    Ancaq allahin ishidir.

Şərhinizi yazın