Menu
Geri İrəli

İntellektuallar Sumqayıtda bir araya gəldi

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Aprel 2014 • Baxış sayı: 453 dəfə • Şərh yoxdur
xemse4Aprelin 17-də Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə “Ağsaqqallar evi”ndə “Xəmsə” Milli İntellektual Oyunu üzrə VII Azərbaycan çempionatının Abşeron zonası üzrə seçim turu keçirilmişdir.

Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsindən AzərTAc-a bildirmişlər ki, idarənin nəzdindəki “Sumqayıt İntellekt Mərkəzi” klubunun fəallarının aparıcılığı və münsifliyi ilə baş tutmuş yarışda Sumqayıt şəhərinin və Xızı rayonunun komandaları iştirak etmişlər.

Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin gənclərlə iş sektorunun müdiri Rüstəm Sadıqzadə intellektual sahədə təşkil olunan müsabiqə və yarışlardan danışmış, gənc nəslin formalaşmasında onların mühüm əhəmiyyətini nəzərə çatdırmışdır. O, yarış iştirakçılarına uğurlar diləmişdir.

Gərgin mübarizə şəraitində keçən yarışmada ən yüksək xal toplamış Sumqayıt şəhərinin “Sumqayıt” və “Avengers” və Xızı rayonunun “Nautilius” komandaları final mərhələsində iştirak etmək hüququ qazanmışlar.

“Xəmsə” Milli İntellektual Oyunu üzrə VII Azərbaycan çempionatının final mərhələsi birinciliyin əsasnaməsinə və qaydalarına müvafiq olaraq Quba şəhərində keçiriləcəkdir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın