Menu
Geri İrəli

İnternetin qiyməti aşağı salınacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Sentyabr 2013 • Baxış sayı: 195 dəfə • Şərh yoxdur

Yaxın zamanlarda Azərbaycanda internetin qiymətinin aşağı salınması nəzərdə tutulur.

lent.az-ın xəbərinə görə, bunu jurnalistlərə açıqlanmasında rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə deyib. O bildirib ki, İKT ili çərçivəsində görüləcək işlər müvafiq tədbirlər planında nəzərdə tutulub. Nazir müavinin sözlərinə görə, bununla əlaqədar olaraq işlər yerinə yetirilir, müəyyən təkliflər hazırlanır, hətta internet provayderlərlə görüşlərimiz keçirilir: “Azərbaycanda İnternet Cəmiyyəti Assosiyası tərəfindən də müəyyən müzakirələri aparılır və təkliflər hazırlanır. Hər il olduğu kimi bu il də qiymətin azalması siyasəti analiz ediləcək. Qiymətlər Azərbaycanda istifadə üçün daha da münasib olacaq. Çox yaxın zamanlarda assosiasiya tərəfindən yekun təkliflər bizə təqdim olunacaq və bundan sonra internetin qiymətinin aşağı salınması istiqamətində müvafiq addımlar atılacaq”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın