Menu
Geri İrəli

İntihar edən əsgərin “Facebook”dakı son – Statusu

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Sentyabr 2013 • Baxış sayı: 349 dəfə • Şərh yoxdur

Bu gün intihar etdiyi deyilən 1994-cü il təvəllüdlü Azərbaycan Ordusunun hərbçisi Anar Əsgərli “Facebook” sosial şəbəkəsində 5 saat əvvəl paylaşımlar edib. 

esger

 “Qafqazinfo” xəbər verir ki, Müdafiə Nazirliyinin az öncə yaydığı rəsmi məlumatda qeyd olunur ki, hadisə bu gün Şəmkir  hərbi birləşməsinin Tovuz rayonunda yerləşən N saylı hərbi hissəsində  baş verib və əsgər tabeliyində olan silahdan açılan atəş nəticəsində dünyasını dəyişib. Əsgərin nə üçün intihar etdiyi bəlli deyil. Fakt üzrə cinayət işi başlanılıb, araşdırma aparılır.

Anar Əsgərov adı ilə “Facebook”da qeydiyyatdn keçən mərhum əsgərimiz 5 saat əvvəl profil fotosunu yeniləyib. O, son olaraq bu statusu paylaşıb: “Bir şəhid anası dövlətə səsləndi: “18 il kirayədə oğul böyütdüm, dövlət onu 18 ay qoruya bilmədi”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın