Menu
Geri İrəli

İntihar edən əsgərin son məktubu sizi ağladacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Sentyabr 2013 • Baxış sayı: 324 dəfə • 4 şərh

Sentyabrın 4-də Dövlət Sərhəd Xidmətinin Naxçıvanda yerləşən hərbi hissəsində intihar etdiyi bildirilən əsgər İmran Şavəddinovun cənazəsi doğulduğu Ağdaş rayonuna gətirilib.

Atası Şöhrət Şavəddinovun “Azadlıq” radiosuna dediyinə görə, hərbi hissədən onlara zəng edib, oğlunun intihar etdiyini bildiriblər: “Dedilər oğlun İmran Şavəddinov özünü asaraq öldürüb. Gətirib cənazəni təhvil verdilər. Zorakılıq əlamətləri yox idi. Amma müəmmalıdır – 5 ayın əsgəri özün niyə asmalıdır? Deyillər araşdırma aparılır. Heç maraqlanan da yoxdur”.İmran Şavəddinov 2013-cü il aprelin 11-də Ağdaş rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb.Bu, son bir həftədə Ağdaş rayonuna gətirilən ikinci əsgər cənazəsidir. Avqustun 31-də Müdafiə Nazirliyi Ağcabədidəki hərbi hissədə əsgər Tural Zamanovun leykoz xəstəliyindən vəfat etdiyi barədə xəbər yayıb.

Musavat.com-un məlumatına görə, sosial şəbəkələrdə İmran Şavəddinovun ailəsinə yazdığı son məktub yayılıb. Əsgər ölümündən 8 gün əvvəl bunları yazıb:

“Anam əziz anam. Necəsən? Sizin üçün biz bilsəniz necə darıxmışıq? Birdən əyləşib keçən günlərimizi fikirləşirəm. Səninlə dalaşmağımızı küsüb barışmağımızı. Atam mənə deyəndə ki, tərəvəzdə ot təmizlənməlidir. Tez durub maşına qaçardım. Amma burada bütün günü təmizlik də edirik, ot da yığırıq. Nə bilim anam, bilmirəm nə edim. Birdən elə bezirəm ki, özümü öldürmək istəyirəm. İndi bilirsən nə istərdim, evdə olardım. Evdə olardım üstümə qışqırardın, danlayardın. Elə bir yerə gəlib düşmüşəm ki, anamın atamın üzünə həsrət qalmışam. Heç hələ qardaşlarımı demirəm. 6 aydır ki, qardaşımı da görmürəm. İndi o necə də dəyişibdir. 3 aydır ki də sizi görmürəm. Sizi də başa düşürəm. İmkanınız yoxdur. Ayda o evə 200 manat pul gəlir. Siz onunla tələbə də oxutdurmalısız. Hər ayda atam 50-60 manat mənə göndərir. Ona görə də, heç sizə deyə bilmərəm də ki, mənim yanıma gəlin. Bircə yerimi dəyişsəydilər canım rahatlaşardı. Ey əziz anam, atam. Bu məktubu yazaraq az da olsa ürəyimi boşaltdım. Bu məktubu oxuyarkən heç də pis olmayın, ağlamayın. Məndən yadigar saxlayın bu məktubu. Küçədə hamıya salam deyin. Roza xalaya, Leman bacıya, Kamrana, Elvinə, İntizar xalaya, Mehribana, Gülçinə, və s. O tərəfdə gözün olsun anacan. Hələlik sağ olun. Özünüzə yaxşı baxın. Əziz anam, atam və qardaşım”.

Facebook Şərhləndirmə:

“İntihar edən əsgərin son məktubu sizi ağladacaq” yazısına 4 cavab

  1. subhan deyir:

    esgerlerimizi heyatdan bezdiren komandirler
    goresen duwunmurler kioz ovladlarida var

  2. Fikrət Hacıyev deyir:

    Allah rəhmət etsin İmrana! Allah yaxınlarına səbr versin! 18 yaşına çatmış övladlarımızı mənəvi cəhətdən məhv edib öldürür bu çağırış sistemi. Mütləq ciddi dəyişikliklərə ehtiyac var, çağırış yaşının artırılmasından tutmuş xidmət müddətinin azaldılması və hərbi hissələrdə normal yaşayış şəraitinin yaradılmasına qədər. Bunu etmək üçün isə ilk növbədə Türkiyədə təhsil almış zabitlərə yüksək vəzifələrin verilməsi lazımdır ki, bəlkə bizim milli ordumuz da bir azca qüdrətli Türkiyə ordusuna bənzəyə.

  3. m,Palahang deyir:

    buna sherhi ölkenin bashi bosh kamendni yazmalidi,menim yazmaqimda ureyimin aqrisindan bashqa ne olacaq.

  4. xxx deyir:

    Allah butun alcaq komandirlere lenet etsin!!!!

Şərhinizi yazın