Menu
Geri İrəli

İntihar etmək istəyən qadın xilas olundu

Müəllif: sumqayitxeber.com • Tarix: 24 Sentyabr 2012 • Baxış sayı: 202 dəfə • Şərh yoxdur


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhərində bir nəfərin intihar etmək məqsədilə mənzilinin eyvanına çıxması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, qadın özünü yaşadığı beşmərtəbəli binanın beşinci mərtəbəsindəki mənzilinin eyvanından atmaqla intihar etmək istəyir. Xilasedicilər mənzilə daxil olmuş, gərgin pisxoloji vəziyyətdə olan qadını fikirindən yayındıraraq onunla müvafiq danışıqlar aparmış və Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil vermişlər. Əməliyyat saat 12:45-də başa çatmışdır;

Facebook Şərhləndirmə:

Şərhinizi yazın