Menu
Geri İrəli

İntiqam Rüstəmov: “Sumqayıtlılar müxalifətin vahid namizədini Fantossi personajına bənzədirlər”

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Sentyabr 2013 • Baxış sayı: 354 dəfə • 3 şərh
“Tı kto takoy, davay do svidaniya” meyxanası ilə məşhurlaşan İntiqam və Ehtiram Rüstəmov qardaşları yeni layihə üzərində çalışırlar. Press24.az-ın əldə etdiyi məlumata görə, onlar Rusiyanın Ru TV telekanalının sifarişi əsasında yeni meyxana yazıblar. Qardaşlar hazırda həmin meyxananın klip çəkilişləri ilə məşğuldurlar. Meyxanaçıların bu və yad digər sənət yenilikləri barədə ətraflı məlumat almaq üçün Press24.az-ın əməkdaşı İntiqam Rüstəmovla əlaqə saxlayıb.Son vaxtlar gününüz elə səfərlərdə keçir. Sizi ölkədə tapmaq müşkül məsələyə çevrilib…
(Gülür). Bizim də işimiz budur. Elə indinin özündə də yol üstündəyik. Bir neçə saatdan sonra Rusiyaya yola düşəcəyik. Azərbaycan diasporası prezident seçkiləri ilə bağlı Sankt-Peterburqda konsert proqramı təşkil edib. Biz də həmin tədbirə dəvət olunanlar siyahısındayıq. Ümumiyyətlə hara dəvət alırıqsa, canla-başla gedib çıxış edirik. Meyxana sənətini yüksək səviyyədə təbliğ etmək bizim işimizdir. Bundan mənəvi zövq alırıq.

“Tı kto takoy, davay do svidaniya” meyxanası təkcə Azərbaycanda deyil, Rusiyada da böyük maraq doğurdu. Sizi dəfələrlə televiziya proqramlarına dəvət etdilər. Sizcə, bu meyxananın belə böyük ajotaj yaratmasının səbəbi nə idi?
Rusların folklorun bu janrına hər zaman böyük marağı olub. Onlar meyxana sənətinə möcüzə kimi baxırlar. “Tı kto takoy, davay do svidaniya” meyxanasının mətninin rus dilində olması bunu onlara bir az da sevdirdi. Bu qafiyənin sonradan Rusiyada siyasi təbliğatda istifadə olunması onu daha da populyarlaşdırdı. Hansı proqrama dəvət alırıqsa, bizdən “Tı kto takoy, davay do svidaniya”nı ifa etməyi xahiş edirlər.

“Tı kto takoy, davay do svidaniya”dan sonra Rusiyadan maraqlı təkliflər heç gəldimi?
Əlbəttə, gəldi. Bu yaxınlarda RU TV telekanalından sifariş almışıq. “Çastuşka” üzərində yazılan həmin meyxana artıq hazırdır. Klip çəkilən kimi Ru TV-də efirə veriləcək. Artıq hazırlıqlara başlamışıq. Rejissoru Nail Naiboğlunun olduğu klipin bir hissəsi Azərbaycanda, bir hissəsi isə Rusiyada çəkiləcək. Əminəm ki, bu meyxana “Tı kto takoy, davay do svidaniya”dan az populyarlıq qazanmayacaq.

Bu yaxınlarda vətənpərvərlik mövzusunda çəkdirdiyiniz yeni klip də qısa müddət ərzində məşhurlaşdı… 
Bəli. Həmin “Vətənpərvər” adlı mahnı Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin şərəfinə yazılıb. Bu ideya üzərində çoxdan düşünürdük. Nəhayət qismət oldu, gerçəkləşdirdik. İlham Əliyev böyük şəxsiyyət, bacarıqlı siyasətçidir. Onun ölkəyə rəhbərlik etdiyi illər ərzində müşahidə etdiyimiz bütün sahələrdəki irəliləyişi, inkişafı həmin meyxanada dinləyiciyə çatdırmağa çalışdıq. İnsanların reaksiyasından bilinir ki, onların da ürəyincə olub. Xalqın sevimlisi olmaq hər dövlət başçısına nəsib olmur. İlham Əliyev məhz xalqın sevgisini qazanmış siyasətçilərdəndir. Elə təkcə götürək mənim yaşadığım Sumqayıt şəhərini. İçi mən qarışıq bütün sumqayıtlılar İlham Əliyevi sevir, dəstəkləyir və qarşıdan gələn prezidentlik seçkilərində ona səs verəcəklərini söyləyirlər. Prezidentliyə namizədliyini irəli sürmüş digər şəxsləri heç tanıyan yoxdur. Şəxsən mən onların heç birini tanımıram. Amma camaat arasında namizədlərdən biri haqda maraqlı söhbət eşitmişəm. Sumqayıtlılar müxalifətin vahid namizdəini məşhur Fantossi kinopersonajına bənzədirlər (gülümsəyir).

Qısa müddət ərzində qazandığınız böyük nailiyyətlər həmkarlarınız tərəfindən qısqanclıqla qarşılanmır ki?
Yox, niyə qısqansınlar ki?! Bu, təkcə İntiqam və Ehtiram qardaşlarının yox, meyxana sənətimizin, Azərbaycan incəsənətinin uğurudur. Ümumiyyətlə, bizim həmkarlarımızla çox gözəl münasibətlərimiz var. Onların yaradıcılığına hörmətimiz böyükdür. Ən çox dinlədiyim isə Namiq Qaraçuxurlu və Namiq Mənadır. İksinin də sənətinin vurğunuyam.

Press24.az

Facebook Şərhləndirmə:

“İntiqam Rüstəmov: “Sumqayıtlılar müxalifətin vahid namizədini Fantossi personajına bənzədirlər”” yazısına 3 cavab

  1. meyq deyir:

    gireeeeeeeeeenler

  2. Natiq deyir:

    Vətənpərvər adli klip çəkib,ancaq prezidenti gostırir.tak şto GET TOPUNLA OYNA

  3. Behruz deyir:

    Bu meyxanacilar indiye kimi hansi sosial problemi qaldiriblar?Bunlarin dedikleri kimin neyine lazimdir?Meddahliq yaltaqlq etmekle dedikleri terbiyesiz sozlerine efir almaq pul qazanmaq bunlarin heyat yoludur.

Şərhinizi yazın