Menu
Geri İrəli

İnzibati icraat qanunvericiliyi ilə bağlı təlim keçiriləcəkdir

Müəllif: sumqayitxeber.com • Tarix: 13 İyul 2010 • Baxış sayı: 329 dəfə • Şərh yoxdur

ATƏT-in Bakı ofisinin dəstəyi ilə yaradılmış “Qanunun Aliliyi”  Sumqayıt Hüquq Resurs Mərkəzinin ofisində vəkillər və praktiki hüquqşünaslar üçün inzibati icraat qanunvericiliyi ilə bağlı təlim təşkil olunacaqdır. Təlimin 17 iyul 2010-cu il tarixdə saat 10:00-da keçirilməsi nəzərdə tutulmuşdur. Təlimində məruzəçi  qismində Azərbaycan Respublikası Milli Məclis Aparatının “İnzibatı və hərbi qanunvericilik” şöbəsinin müdir müavini cənab Səyyad Kərimov çıxış edəcəkdir. O inzibati qanunvericik sahəsində tanınmış mütəxəssisdir, bu sahədə qəbul edilmiş bir sıra qanunların, habelə “İnzibati Prosessual Məcəllənin Kommentariyası” kitabının müəlliflərindən biridir. Məlumdur ki, gələn ilin yanvar ayının 1-dən inzibati çəkişmələr üzrə xüsusi məhkəmələr fəaliyyətə başlayacaqlar. Lakin təəssüf ki, təkcə əhali deyil, belə çəkişmələrdə şikayətçilərin hüquqlarını müdafiə etməli olan vəkillər və praktiki hüquqşünaslar qanunvericiliyin bu sahəsi barədə lazımı biliklərə malik deyillər. Məhz bu amili nəzərə alaraq Mərkəz əvvəllər bir neçə belə  təlim təşkil etmişdir.  Təlimlər interaktiv, praktiki kazusların həlli formatında keçirilmiş və iştirakçılar tərəfindən böyük maraqlara qarşılanmışdır.  Araşdırmalar göstərir ki, bu mövzuda təlimlərin davam etdirilməsinə ehtiyac vardır.

Nəzərdə tutulmuş təlimdə iştirak etmək istəyənlər Mərkəzin ofisinə müraciət edə bilərlər. Əlaqə vasitələri: telefon (018) 652-48-27; mobil (050) 352 02 48; E-mail: qanununaliliyi@mail.ru

Mərkəzin mətbuat xidməti

Facebook Şərhləndirmə:

Şərhinizi yazın