Menu
Geri İrəli

İpoteka ilə mənzil alan sumqayıtlı ailənin sevinci uzun çəkmədi – FOTO

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Sentyabr 2013 • Baxış sayı: 153 dəfə • Şərh yoxdur

Mənzil alanın sevinci çox çəkər deyirlər. Bizə müraciət edən oxucunun sevinci evinin damının keyfiyyətinin ömrü qədər qısa olub. Sumqayıt sakini Milli.Az-a yazdığı məktubda bildirir ki, böyük arzularla ipoteka ilə aldığı ev artıq onun üçün dərdə çevrilib:

“Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 12/13, mənzil 18 ünvanında ipoteka ilə aldığım evdə yaşayırıq. 9-cu mərtəbədə yaşadığımızdan yagış yağarkən evimizin tavanından su damır. Dəfələrlə ərazi üzrə Mənzil İstismar Sahəsinə yaxınlaşsam da, vəzifəli və aidiyyəti şəxsləri tapa bilməmişəm ki, problem haqda məlumat verim.

Gənc ailə kimi imkanımız yoxdur binanın üstünə ya dam vuraq, ya da qırlatdıraq. Aldığım əmək haqqından mən dövlətə kifayət qədər də vergi verirəm. Ötən gecə yağan yağışdan sonra, onsuz da, güclə yarım təmir etdiyim evin damından su gəlib və evi su basıb. Belə rütubətli və nəmişlik şəraitdə yaşamaq mümkün deyil. Mən bu dövlətin vətəndaşı olaraq bu işdə cavabdeh olan insanların özlərinin, övladlarının yaşadığı evləri görmək istəyirəm. Görəsən, mənim kimi belə bir şəraitdə yaşaya bilərlər? Həmçinin onları öz evimə dəvət edirəm, gəlsinlər və görsünlər”.

Sumqayıt şəhər İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin rəhbəri Rəsul Vəliyev Milli.Az-a açıqlamasında bildirdi ki, problemlə bağlı ərazi üzrə cavabdeh olan Mənzil İstismar Sahəsinə tapşırıq veriləcək, mənzilə baxış keçirilib lazımi tədbir görüləcək.  Anar Məmmədov

 

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın