Menu
Geri İrəli

Iqbal Ağazadə Sumqayıtda görüş keçirdi

Müəllif: sumqayitxeber.com • Tarix: 30 İyun 2010 • Baxış sayı: 238 dəfə • Şərh yoxdur

6290VHP Sumqayıt şəhər şöbəsinin qərərgahında Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə Sumqayıt şəhərində partiya fəallari ilə görüş kecirib.

Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, görüşdə partiya sədri ölkədəki ictimai-siyasi vəziyyət, Qarabağ problemi, bu il keciriləcək parlament seçkiləri, müxalifətdaxili münasibətlər, Ümid Partiyasının qarşısında duran məsələlər barədə geniş məruzə ilə çıxış edib. Parlamet seçkilərində müxalifətin birgə iştirakı ilə bağlı aparılan danışıqların nəticəsiz bitməsini təəssüflə qeyd edib.

Partiyanın qarşısında duran vəzifələrdən, parlament seçkilərinə hazırlıqdan geniş danışan İqbal Ağazadə partiya fəallarına təşkilatlanma işini hər gün davam etdirilməsi tapşırını verib. “Biz ölkəmizi demokratik, bütöv, vətəndaşlarımızı azad, qürurlu görmək istəyirik. Biz ədalətli cəmiyyət qurmaq, Qarabağ torpaqlarının işğaldan azad etmək istəyirik. Bu istəyimizə sıralarımıza daha çox insanı toplamaqla, partiyamızı gücləndirib iqtidar etməklə nail ola bilərik.” deyən İqbal Ağazadə sonda partiyanın Sumqayıt rayon təşkilatına fəaliyyətinə görə təşəkürünü bildirib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın