Menu
Geri İrəli

İqtisadiyyat Nazirliyində keçirilən kollegiya iclasında Sumqayıtla bağlı nə danışıldı?

Müəllif: sumqayitxeber.com • Tarix: 24 Yanvar 2017 • Baxış sayı: 714 dəfə • Şərh yoxdur

iqtisadiyyat nazirlikBu gün İqtisadiyyat Nazirliyində geniş kollegiya iclası keçirilib.

İqtisadiyyat Nazirliyindən “Report”a verilən xəbərə görə, Nazirliyin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilən iclasda iqtisadiyyat naziri, Kollegiyanın sədri Şahin Mustafayev bildirib ki, sənayeləşmə siyasətinə uyğun olaraq, Sumqayıt Kimya Sənaye Parkının ərazisində infrastuktur işlərinin birinci mərhələsi tamamlanıb. 

Nazirin sözlərinə görə, hazırda Sənaye Parkında sənaye ixtisasları üzrə ixtisaslı kadrların hazırlanmasını təmin edən müasir tipli Peşə Tədris Mərkəzinin tikintisi davam etdirilir: “Mərkəzin fəaliyyətinin beynəlxalq standartlara uyğun təşkili üçün 10 istiqamət üzrə peşə standartları, kurikulumlar və təlim materialları hazırlanaraq müvafiq dövlət qurumları ilə razılaşdırılıb. Sumqayıt Kimya Sənaye Parkında (SKSP) 2017-ci ildə 4 müəssisə – yüksək təzyiqə davamlı xortum və fitinqlər istehsal edən “MST Engineering Services”, tikinti məhsulları və qatqıları istehsal edən, İsveçrənin beynəlxalq miqyaslı kimya şirkəti olan “SİKA” MMC, yüksək keyfiyyətli sintetik və yarısintetik sürtgü yağları istehsal edən “Alco Lubricant Company”, pestisid və aqro-kimyəvi məhsullar istehsal edən “Aqrokimya Azərbaycan” fəaliyyətə başlayacaq. 2018-ci ildə isə daha 3 müəssisə – polipropilen və yüksək sıxlıqlı polietilen istehsal edən “SOCAR Polymer”, ferroərintilər istehsal edən “Bakı Əlvan Metallar və Ferroərintilər Şirkəti”, float texnologiyası əsasında şüşə lövhələr istehsal edəcək “AzerFloat” işə düşəcək. Bu müəssisələrdə 800-ə yaxın yeni iş yerlərinin açılması nəzərdə tutulur”.

Ş.Mustafayev bildirib ki, SKSP-yə hazırda daha 2 müəssisənin rezident qəbul olunması ilə bağlı müraciətinə baxılır: “Balaxanı Sənaye Parkında fəaliyyət göstərən 5 rezident tərəfindən işlənmiş mühərrik yağlarının emalı, plastik (PET) butulkaların təkrar emalından PET qırıntılarının, tullantı kağızlardan istifadə etməklə çap-poliqrafiya məhsullarının istehsalı, təkrar emal olunmuş plastik materiallardan iri həcmli müxtəlif məhsulların istehsalı, taxta-ağac məmulatların emalı sahələrində 5 müəssisə yaradılacaq. Bu müəssisələrə rezidentlər tərəfindən 22,4 mln. manat investisiya yatırılacaq. 2017-ci ilin birinci yarımiliyində fəaliyyətə başlayacaq müəssisələrdə 400-ə yaxın yeni iş yeri açılacaq. Mingəçevir Sənaye Parkında yüngül sənaye məhsulları, o cümlədən iplik, boyama, toxuma, tikiş, corab, ayaqqabı və tibbi kosmetika istehsalı üzrə 9 fabrikin yaradılması ilə 150-200 mln. dollar investisiya qoyuluşu və 5 500-dən çox yeni iş yerinin açılması nəzərdə tutulur”.

Kollegiya iclasında cari məsələlər də müzakirə edilib, İqtisadiyyat Nazirliyinin Kollegiyasının 2017-ci il üçün İş Planı təsdiq olunub.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın