Menu
Geri İrəli

İran Azərbaycanda əczaçılıq məhsulları istehsalında maraqlıdır

Müəllif: sumqayitxeber.com • Tarix: 1 Mart 2016 • Baxış sayı: 447 dəfə • Şərh yoxdur
Share Button

iran23Azərbaycan ilə İran arasında əczaçılıq məhsulları istehsalı üzrə birgə müəssisənin yaradılması müzakirə edilib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən SalamNews-a bildiriblər ki, fevralın 29-da iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanda səfərdə olan İranın “Darou pakhsh” şirkətinin nümayəndələri ilə görüşüb. Görüşdə Azərbaycanda dərman vasitələrinin istehsalının təşkili sahəsində əməkdaşlıq, İran tərəfinin ölkəmizdə əczaçılıq məhsulları istehsalı müəssisəsinin təşkilinə dair bir müddət əvvəl Azərbaycan tərəfinə təqdim etdiyi təkliflər, həmçinin bu sahədə birgə müəssisənin yaradılması müzakirə olunub.

Görüşdən sonra İran şirkətinin nümayəndələri əczaçılıq məhsulları istehsalı müəssisəsi üçün təklif edilən Sumqayıt Kimya Sənaye Parkına səfər edib, investorlar üçün yaradılan imkanlarla tanış olublar.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın