Menu
Geri İrəli

İranda keçirilmiş seçkilərdə hazırkı prezident Mahmud Əhmədinejadın əsas rəqibi olan Mirhüseyn Musaəvi həbs edilib

Müəllif: sumqayitxeber.com • Tarix: 14 İyun 2009 • Baxış sayı: 396 dəfə • Şərh yoxdur

İranda keçirilmiş prezident seçkilərində hazırkı dövlət başçısı Mahmud Əhmədinejadın əsas rəqibi olmuş islahatçı namizəd Mirhüseyn Musəvi həbs edilib.

APA-nın məlumatına görə, İsrailin “Haarets” qəzeti qeyri-rəsmi mənbələrə istinadən xəbər verir ki, Musəvi İranın ali dini rəhbəri Əli Xamneyi ilə görüşə gedərkən yolda saxlanıb.

Digər mənbələrdən bu barədə hələlik məlumat verilməyib.

Qeyd edək ki, iyunun 12-də keçirilmiş prezident seçkilərində hazırkı prezident M. Əhmədinejad 62,5, onun əsas rəqibi M. Musəvi isə 33,75 faiz səs toplayıb. Lakin M. Musəvi seçkilərdə ciddi saxtalaşdırmalara yol verildiyini əsas gətirərək, nəticələri tanımadığını bəyan edib. Onun tərəfdarları da nəticələrə etiraz olaraq Tehranın küçələrində aksiyalara başlayıblar. Aksiyalarda polislə toqquşmalar qeydə alınıb. İslahatçı namizədin xeyli tərəfdarının həbs olunduğu bildirilir.

İranın ali dini lideri Xamneyi isə etiraz aksiyalarını təxribat adlandırıb və müxalifət təmsilçilərini M. Əhmədinejadın ətrafında birləşməyə çağırıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın