Menu
Geri İrəli

İREX elan edir: Jurnalistlər “İcma Məlumat Mərkəzləri”nin imkanlarından istifadə edə biləcəklər

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Noyabr 2009 • Baxış sayı: 479 dəfə • 2 şərh
Share Button

logoIREX təşkilatının Azərbaycan nümayəndəliyi mediaya yardım proqramı çərçivəsində onlayn jurnalistika ilə bağlı yeni layihəyə başlayır. Bu barədə www.sumqayitxeber.com saytına təşkilatın Sumqayıt ofisinin nümayəndəsi Günel Rəcəbova məlumat verib.
Bununla bağlı nümayəndəlik Azərbaycanın müxtəlif rayon və şəhərlərində (Gəncə, Mingəçevir, Şirvan, Lənkəran, Bərdə, Quba, Zaqatala, Tovuz, Şəki, Sumqayit, və s.) fəaliyyət göstərən jurnalistləri əməkdaşlığa dəvət edir.
Layihəyə yaxın vaxtda start veriləcək. Layihədə iştirak edəcək jurnalistlərdən yaşadıqları regionla bağlı müxtəlif jurnalist araşdırmalarını, hadisələrin foto və video çəkilişlərini onlayn mühitə yerləşdirmək qabiliyyəti tələb olunur. Yerli jurnalistlər yaşadıqları yerlədə fəaliyyət göstərən “İcma Məlumat Mərkəzləri”nin imkanlarından istifadə edə biləcəklər.
Layihədə iştirak edəcək şəxslər üçün əlavə təlimlər keçiriləcək və onların fəaliyyətləri qonorarla qiymətləndiriləcək.
Maraqlanan şəxslər aşağıdakı e-mail və telefonla əlaqə saxlaya bilərlər:
shainabbasov@mail.ru
(012) 4973529 (119-daxili)

Facebook Şərhləndirmə:
Share Button

“İREX elan edir: Jurnalistlər “İcma Məlumat Mərkəzləri”nin imkanlarından istifadə edə biləcəklər” yazısına 2 cavab

  1. sumqayitxeber.com deyir:

    sf

  2. Gunel deyir:

    indi oldu ela teshekkurler

Şərhinizi yazın