Menu
Geri İrəli

İREX təşkilatının Sumqayıt İcma Məlumat mərkəzində internetim imkanları ilə bağlı tədbir keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Yanvar 2010 • Baxış sayı: 510 dəfə • 2 şərh

İREX təşkilatının Sumqayıt İcma Məlumat mərkəzinin təşkilatçılığı ilə “İnternetin imkanları” mövzusunda tədbir keçirilib. Ekspert qismində tədbirdə iştirak edən Potensial Sumqayıt Mütəxəssislər Birliyinin İnformasiya Texnologiyaları üzrə mütəxəssisi və sumqayitxeber.com saytının baş redaktoru Eyvaz Qocayev internetin imkanları və istifadə qaydaları və internetdə informasiya axtarışının incəlikləri ilə bağlı tədbir iştirakçılarına geniş məlumat verib. Tədbir iştirakçılarının mövzu ilə bağlı sualları cavablandırılıb.

Mərkəzin administtratoru Günel Rəcəbovanın saytımıza verdiyi məlumata görə tədbir iştirakçılar tərəfindən yüksək qiymətləndirilib: ”Bildiyiniz kimi biz bu cür tədbirləri hər həftə təşkil edirik və bu günkü tədbir də keçirdiyimiz tədbirlərin davamıdır. Bu tədbir iştirakçıların marağına səbəb oldu və biz çalışacağıq ki, internetlə bağlı digər məsələləri də müzakirə etmək üçün ən azı həftədə bir dəfə belə tədbirlər keçirək”

Фото001Фото020Фото013

Facebook Şərhləndirmə:

“İREX təşkilatının Sumqayıt İcma Məlumat mərkəzində internetim imkanları ilə bağlı tədbir keçirilib” yazısına 2 cavab

  1. Bahar deyir:

    Eyvaz bey ne melumat verdiniz yazardiniz biz de melumatlanardiqda.

  2. Orxan Selim deyir:

    men geldim yerini tapa bilmedim tedbirin mekanini…

Şərhinizi yazın