Menu
Geri İrəli

İş adamı Sumqayıtda ağacların kəsilməsində adının hallanmasına münasibət bildirdi

Müəllif: sumqayitxeber.com • Tarix: 2 Avqust 2014 • Baxış sayı: 993 dəfə • Şərh yoxdur
nizami isgenderovXəbər verdiyimiz kimi Sumqayıt şəhəri, 1-ci məhəllə, “Bağçaların yanı” deyilən ərazidəki park bu səhər dağıdılıb. Sakinlərin verdiyi məlumata görə  gecə ilə əraziyə ağır texnika gətirilib. Sübh tezdən isə ağaclar kəsilib və maşınlara yüklənərək naməlum istiqamətdə aparılıb.

Sözügedən ərazidə yaşayan sakinlər bildirilər ki, ərazini sabiq deputat, iş adamı Nizami İsgəndərov alıb. Deputat parkın ərazisində özünə ticarət mərkəzi tikdirəcək.
 Məsələ ilə bağlı sabiq deputat, iş adamı Nizami İsgəndərov sumqayitxeber.com saytına açıqlama göndərib. Nizami İsgəndərov bildirib ki, haqqında haqqında yazılanların heç bir əsası yoxdur. Bundan şübhəsi olan hər kəsin o cümlədən mətbuatın araşdırma haqqı var. Buyursunlar yazılanları yerindəcə araşdırsınlar. Mənim haqqımda məlumat verən şəxsin əlində faktı varsa buyurub ortaya qoysun. İstənilən halda üzləşməyə hazıram. Yazıda sӧzü gedən ərazidə hər hansı bir tikintinin təsadüfən  saytlardan ӧyrənmişəm. Elə bir tikinki varsa demək ki, bunun sənədləri də var.

Yazıda tək mənimlə bağlı deyil, Sumqayıt şəhər rəhbərliyi və şəhərin ekologiyasilə də bağlı düzgün olmayan məlumatlar verilib. Son illər dӧvlət başçımız cənab İlham Əliyevin nəzarəti altında ӧlkənin hər yerində olduğu kimi Sumqayıtda da ciddi islahatlar və abadlıq işləri aparılıb ki, buda gӧz qabağındadır.”

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın