Menu
Geri İrəli

İş axtaran sumqayıtlıların nəzərinə – ELAN

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Dekabr 2013 • Baxış sayı: 306 dəfə • Şərh yoxdur

UNDP logo-resurs.azBirləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Norveçin Syslab şirkəti ilə əməkdaşlıqda həyata keçirilən “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsi SYSLAB Sumqayıt Mərkəzi üçün iştirakçı seçimini elan edir.

Layihənin məqsədi Sumqayıtda yaşayan işsiz və iş axtaran vətəndaşlar üçün innovativ metodlardan istifadə edərək onların əmək bazarına inteqrasiyasını təmin etməkdən ibarətdir. İştirakçılar iş axtarma fəaliyyətini layihə çərçivəsində yaradılan SYSLAB Sumqayıt Mərkəzində gündəlik iş rejimində, həftənin 5 günü əsas iş vaxtı 10:00-14:00 olmaqla həyata keçirəcəklər. Layihə periodu işaxtarma bacarıqlarının inkişafı təlimləri, departamentlərdə iş, fəal iş axtarma, şəbəkənin genişləndirməsi, əldə edilmiş nəticələrin təhlili, motivasiyanın təmin edilməsi və s. olmaqla bir neçə mərhələdən ibarətdir.

Layihədə iştirak müddəti maksimum 4 aydır. İştirakçılar iş taparkən layihəni tərk edirlər. İştirakçılara layihənin sonunda sertifikat və tövsiyyə məktubları veriləcək. İştirakçılar müxtəlif yaş, ali təhsil, iş təcrübəsinə malik və ya heç bir iş təcrübəsi olmayan isşiz və iş axtaran şəxslərdən seçiləcək.

İştirakçıların seçimi aşağıdakı meyarlara əsasən aparılacaq:

  • Namizəd ali təhsilə malik olmalı;
  • Motivasiyalı olmalı;
  • Layihəyə müraciət etdiyi dövrdə işsiz olmalı;

Syslab Sumqayıt Mərkəzi Norveçin SYSLAB (Systems Laboratory for İnnovation) təcrübəsi əsasında təsis edilib və fəaliyyət göstərir. Təcrübədə layihədə iştirak etdikləri müddət ərzində orta hesabla iştirakçıların 80%-i iş tapmağa müvəffəq olurlar. Mərkəz il ərzində 80 nəfər iş axtaran şəxslərə təlim dəstəyi göstərmək və iş axtaranları əmək bazarına inteqrasiya etmək məqsədi daşıyır.

Layihədə iştirak ödənişsizdir.

Maraqlanan şəxslərdən öz CV-lərini 31 dekabr, 2013-ci il tarixinədək baghirov_kanan@yahoo.com və zamina.aliyeva.81@mail.ru ünvanına göndərmələri xahiş olunur.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın