Menu
Geri İrəli

İşi niyə tərk edirik?

Müəllif: sumqayitxeber.com • Tarix: 1 Avqust 2015 • Baxış sayı: 559 dəfə • Şərh yoxdur

Samir MemmedovHər kəs çalışdığı iş yerini və onun kollektivini ikinci evi və ailəsi kimi görür və ya görmək istəyir, çünki gün ərizndə 8 (bəzi hallarda 10) saatımızı orda keçirəcəyimizi dərk edirik. Bu kollektivdə uzun illər sevgi və anlayışın hakim olacağına ümid edərək işə gedirik. Kimisi həqiqətən ümid etdiyini alır, kimisi isə bir müddət sonra heç də belə olmadığının fərqinə varır. Artıq iş yerini dəyişmək zamanının gəldiyini anlayır. “Artıq bu işdə dayana bilmirəm” deyib işi tərk edir. Karyeranızda belə bir böhranın yarandığını və artıq iş yerini dəyişməyin zamanınn gəldiyini anlamağa kömək edəcək bir neçə faktoru təqdim edirik.

1. Bazarertəsi artıq cümə gününün tez gəlməsini arzulayırsınız. Həftə sonunu gözləyirsiniz. Istirahət günlərini istəyirsiniz. Bu ilk simptomlardır.

2. Əməyiniz kifayət qədər qiymətləndirilmir. Elə bir an gəlir gəlir ki, öhdəlikləriniz çoxalır, lakin əmək haqqınız artmır. Şirkət inkişaf edir və təbii olaraq mənfəəti artır, lakin bu inkişaf sizin əmək haqqınıza təsir etmir.

3. Əmək haqqının müntəzəm olaraq gecikdirilməsi, əmək haqqından əsassız tutulmalar, cəza tədbiri kimi kəsilmələr və digər əmək haqqına təsir edəcək tədbirlər.

4. İşçinin verdiyi suallara cavab tapmaması, yerinə yetirilməyən vədlərin verilməsi və bu prosesin davamlı olaraq təkrarlanması.

5. İşçinin iş yerinin etik və mədəni strukturu ilə uyğunlaşa bilməməsi. Nəticədə işçi və şirkətin etik və mənəvi normaları arasında fərqlilik yaranır ki, bu da öz növbəsində ziddiyyətə yol açır. Bu vəziyyətdə işçi artıq şirkətin dəyərlərini bölüşmür. Şirkətin etik və mənəvi dəyərlərini bölüşməyən və qəbul etməyən işçi bir gün onun iş dəyərlərini də qəbul etməyəcəkdir. Bu şəkildə isə çalışmaq dözülməz hal alır.

6. Fiziki və emosional tükənmə, sıxıntı və üzüntülər. Adətən bu proses işçi işə başladıqdan sonra davam edən uyğunlaşma mərhəsində yaranır. Bəzən isə kollektivin tərkibindəki dəyişiklik nəticəsində psixoloji gərkinlikər yaranır, işçilər arasındakı ünisyyətdə ziddiyət və münaqişələr həll olunmadıqda bu gərginlik daha da dərinləşə bilir. Psixoloji gərginliyə tab gətirməyən işçiər belə bir vəziyyətdə adətən çalışa bilmir və çıxış yolunu işi tərk etməkdə görür.

7. İş şəraiti. Qeyri-müəyyən iş saatları, gec saatlara qədər işdə saxlanmalar, yarım qalmış işi evdə bitirmək məcburiyyəti və s. kimi halların oduğu iş mühiti. Əgər işçi özünü işləməyə məcbur edirsə və başqa işlərlə məşğul olmaq üçün bütün imkanları qiymətləndirirsə, işçinin bu işi tərk etməsi qaçınılmaz olacaqdır.

8. Öz təyinatı olmadığını anlamaq. Musiqiçi olması gərəkən şəxs riyaziyat, hərbçi olması gərəkən şəxs həkim və ya rəssam oması gərəkən şəxs idman sahəsində karyerasını qurursa, o şəxs mütləq iş məmnuniyyətsizliyi ilə üzləşəcəkdir. Günün birində isə işi tərk etmənin əsas səbəbinə çevriləcəkdir.

9. İşçiyə diqqətin azalması- İşçi peşəkar, karyera və fərdi inkişafı ilə bağlı hər hansı perspektivi olmadığını gördükdə işə olan marağı azalır və gördüyü işlər onun üçün mahiyyətini itirir. İşçinin daha yaxşı təkiflər verə biləcəyi fikrinin qəbul edilməməsi vəziyyəti daha da pisləşdirir. Məsələn, əvvəllər işçinin dəvət olunduğu şirkətdaxili iclaslara daha dəvət olunmaması işçi ilə iş arasındakı körpüləri şiddətli şəkildə zəiflədir.

10. Peşəkar durğunluq. Digər bir hal; əgər işçi iş yerində mümkün olan hər şeyi öyrənibsə və bundan başqa heç bir şey öyrənə və əldə edə bilməyəcəyinə əmindirsə, bu işi tərk etmək üçün yetərli bir səbəbi olduğunu düşünə bilər. İşlərin mexaniki olaraq icra edilməsi işçidə bu işi dəyişmək fikrini getdikcə gücləndirir. Peşəkar durğunluq işçinin öz əməyinin nəticəsinə göstərilən laqeydlik şəklində də təzahür edir. Əgər işçi “mənim gördüyüm iş heç kimə lazım deyil” kimi düşüncəyə qapılırsa, o işçinin işi tərk etməsi artıq an məsələsinə çevrilir.

Samir Məmmədov

Facebook Şərhləndirmə:

Şərhinizi yazın