Menu
Geri İrəli

İşıq probleminə görə də prezidentə müraciət edək?! – SUMQAYITDA İŞIQ PROBLEMİ

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Oktyabr 2015 • Baxış sayı: 391 dəfə • Şərh yoxdur
Share Button

lampaSumqayıt şəhər 21-ci mikrorayon sakini İsmayıl Kərimov sumqayitxeber.com-a şikayət məktubu ünvanlayıb. Məktubda şikayətçi Sumqayıtın müvafiq orqanlarının 21-ci mikrorayon əhalisinə qarşı etinasız və məsuliyyətsiz münasibətindən bəhs edir: ”Etinasız münasibət məni bu problemi media qurumları ilə paylaşmağa məcbur etdi. Deməli, yay aylarından başlayaraq hal-hazırkı dövrə qədər 21-ci mikrorayonun bir hissəsində (2 saylı orta məktəbin arxa hissəsində) elektrik enerjisini hər gün mütəmadi səhər tezdən saat 10:00-dan saat 16-17 radələrinə qədər söndürürlər.

Həmin bu sahəyə isə Azərişıq ASC-nin Novxanı Bağlar Şəbəkəsi xidmət göstərir. Hər enerji kəsintisində 658 22 13 nömrəsinə zəng etdikdə telefonu götürmürlər. Bir neçə dəfə əlaqə yaratmağa nail oldum. Hər dəfəsində deyirlər ki, qışa hazırlaşırıq, uşaqlar işləyir. Uşaqlar eeee.. Əgər qaynar xətt vətəndaşın zənginə cavab vermirsə və ya bu formada yola verirsə o xətt nəyə lazımdır?

Sumqayıt şəhər İcra Hakimiyyətinin 164 qaynar xəttinə bu problemlə bağlı dəfələrlə şiklayət edilsə də heç bir faydası yoxdur. Elə bir etinasız münasibət göstərilir ki, sanki 21-ci mkr-da yaşayanlar insan deyil və sanki elektrik təminatı elə belə də olmalıymış. Əgər bu iki qurum adi elementar elektrik enerjisi problemini həll edə bilmirsə, bunun üçün də ölkə başçısına ərizə yazılmalıdır? Axı ayıbdır cənablar, 21-ci əsrdə bu problem heç elementar problem də hesab olunmamalıdır.”

 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın