Menu
Geri İrəli

İsveç Krallığının səfiri Sumqayıtda oldu

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Aprel 2013 • Baxış sayı: 190 dəfə • Şərh yoxdur

ARDNŞ-in “Azərikimya” İstehsalat Birliyində İsveç Krallığının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Mikael Erikssonla görüş keçirilmişdir.

“Azərikimya”İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı  Muxtar Babayev qonağı səmimiyyətlə qəbul edərək, ona Birliyin istehsalat fəaliyyətinin istiqamətləri, son illərdə kimya müəssisələrində aparılan yeniləşmə və modernləşmə prosesləri, həmçinin  perspektiv planlar barədə geniş məlumat vermişdir. Diqqətə çatdırılmışdır ki, Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra ölkə iqtisadiyyatının bütün sahələrində olduğu kimi neft-kimya sənayesində də böyük irəliləyişlər baş vermiş, infrastruktur yeniləşməsi aparılmışdır.

Hazırda Sumqayıtda inşa edilməkdə olan Kimya Sənaye Parkı və Karbamid zavodu,  o cümlədən «Azərikimya» İB-nin perspektiv inkişaf proqramına daxil olan aşağı təzyiqli polietilen və propilen istehsalatları haqqında məlumat səfir tərəfindən diqqətlə qarşılan­mışdır.

Tərəflər Azərbaycanla İsveç arasında neft-kimya sahəsində potensial əməkdaşlıq imkanları və digər iqtisadi əlaqələr barədə fikir mübadiləsi etmişlər.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın