Menu
Geri İrəli

İtaliya şirkəti Sumqayıtda 350 milyon avroluq zavod tikəcək

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Aprel 2015 • Baxış sayı: 752 dəfə • Şərh yoxdur
 photo_21776İtaliyanın “Kinetics Technology” şirkətinin tərkibinə daxil olan “Tecnimont KT” şirkəti Azərbaycanın Sumqayıt şəhərində polipropilen zavodunun tikintisinə dair razılaşma imzalayıb. Virtualaz.org “Röyter”ə istinadən xəbər verir ki, bu haqda şirkətdən rəsmi açıqlama yayılıb. SOCAR-la bağlanmış müqavilənin ümumi dəyəri 350 milyon avrodur. Bu, Azərbaycanda illik istehsal gücü 180 min ton olan ilk polipropilen zavodu olacaq. Müqaviləyə zavodun tikintisində mühəndis xidmətləri, avadanlıqların vəmaterialların təchizatı, çatdırılması, quraşdırma, zavodun işə salınması və sınaq işlərinin həyata keçirilməsi daxildir. Müqavilənin rəsmi imzalanma mərasimi aprelin 14-də Bakıda olacaq. Mərasimdə İtaliyanın və Azərbaycanın hökumət rəsmiləri iştirak edəcək.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın