Menu
Geri İrəli

İtgin düşən Sumqayıtlı gənc evə necə döndü ? – TƏFƏRRÜAT

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Avqust 2013 • Baxış sayı: 238 dəfə • Şərh yoxdur

İki gün öncə Sumqayıtda itgin düşən gəncin qohumu onun itgin düşmə təfərrüatını sumqayitxeber.com saytına danışıb.

Sumqayıt şəhər 10-cu mikro rayonda yaşayan 23 yaşlı Sumqayıt şəhər sakini İsmayılov Emil Famil iğlu məhəllələrində yaşayan uşaqlarla şəhərdən kənara çıxıb və uşaqlardan ayrı düşərək azıb. Bakıya gəlmək istəyib, ancaq səhvən rayonlara gedən avtobusa minib və yolda düşüb. Yoldan keçən gözətçi işləyən bir nəfər onu götürüb və qaldığı yerə aparıb.  Televizor ekranlarında itgin düşən gənclə bağlı xəbər gedərkən gözətçi həmin gənc olduğunu görüb və Bakı avtovağzalına gətirib. Avtovağzaldan Sumqayıta gələn marşurutlara mindirərək Sumqayıta yola salıb. Beləliklə itgin düşən gənc evlərinə gələ bilib.

Qeyd edək ki, itgin düşən gəncin fiziki cəhətdən qüsurlu olduğu bildirilir.

****

Sumqayıt şəhər 10-cu mikro rayonda yaşayan 23 yaşlı Sumqayıt şəhər sakini İsmayılov Emil Famil iğlu yoxa çıxıb. sumqayitxeber.com  saytına itgin düşən gəncin qohumları məlumat verib. Sumqayıt şəhər Polis idarəsinə bu barədə məlumat verilsə də gənci hələ də tapmaq mümkün olmayıb. Məlumatda bildirilir ki, gənc həyətdən kənara çıxmayıb. Günorta 11 saatlarında  yoxa çıxdığı bildirilir.
axtarilir
Facebook Şərhləndirmə:

Şərhinizi yazın