Menu
Geri İrəli

İTİ-də Sumqayıt İnformasiya Texnologiyaları Akademiyasının müəllim və şagird heyəti ilə görüş keçirildi

Müəllif: sumqayitxeber.com • Tarix: 19 İyul 2010 • Baxış sayı: 374 dəfə • Şərh yoxdur
Share Button

İnformasiya cəmiyyətinin qurulması və inkişafında əsas prinsiplərdən biri İKT sahəsi üzrə kadrların yetişdirilməsidir. Bu gün informasiya cəmiyyətinin tamhüquqlu vətəndaşı olmaq üçün İKT-biliklərinə, bu texnologiyalardan istifadə bacarığına malik olmaq ən mühüm şərtlərdəndir. Ölkəmizdə informasiya cəmiyyətinin qurulması və davamlı inkişafı istiqamətində mühüm işlər görülməkdədir. Cəmiyyətin inkişafında vacib amillərdən olan informasiya texnologiyalarının geniş tətbiqi, bu sahədə beynəlxalq əhəmiyyətli layihələrin, tədbirlərin və s. həyata keçirilməsi, o cümlədən dövrün tələblərinə cavab verən milli kadrların hazırlanması istiqamətində ölkəmizdə digər sahələrlə yanaşı elm, təhsil sahəsində də müxtəlif dövlət proqramları, mühüm sənədlər qəbul olunmuşdur. AMEA İnformasiya Texnologiyaları İnstitutu da bu proseslərdə yaxından iştirak edir. İTİ-də müxtəlif ali və orta təhsil müəssisələrinin tələbə və şagirdləri ilə mütəmadi olaraq görüşlər keçirilir, gənclərə kompyuter texnologiyalarının üstünlükləri, təhsil sistemində İT-nin tətbiqinin əhəmiyyəti, yaratdığı imkanlar və s. haqqında ətraflı məlumatlar verilir, İT və informasiya cəmiyyətinin müxtəlif istiqamətlərinə dair maarifləndirmə işləri aparılır. ict.az Bu məqsədlə AMEA İnformasiya Texnologiyaları İnstitutunda Sumqayıt İnformasiya Texnologiyları Akademiyasının müəllim və şagird heyəti ilə görüş keçirildi. Görüşdə Sumqayıt İnformasiya Texnologiyaları Akademiyasının rəhbəri, Sumqayıt şəhər Təhsil Şöbəsinin metodisti Bəyaz Novruzova, Sumqayıt Təhsil Şurasının üzvü, Sumqayıt şəhər 39 saylı orta ümumtəhsil məktəbinin direktor müavini, Sumqayıt İT Akademiyasının müəllimi Məhəbbət Əsgərova və 5 saylı orta ümumtəhsil məktəbinin direktor müavini Xatirə Fərmanova iştirak edirdi. Məlumat üçün bildirək ki, Sumqayıt İnformasiya Texnologiyaları Akademiyası 2009-cu ildə fəaliyyətə başlayıb. Akademiyanın qarşısında duran əsas vəzifələrdən biri tələbə və məktəblilərin müasir informasiya texnologiyalarına marağını, bu sahədə biliklərini artırmaq, İKT-dən istifadə bacarığını təkmilləşdirmək, eyni zamanda İKT sahəsində maarifləndirmə işlərini aparmaq, təhsil sistemində İKT-nin tətbiqinə, bu sahə üzrə qəbul olunmuş dövlət proqramlarına dəstək göstərməkdir. Hazırda akademiyada olimpiadalara hazırlıq kursları və dərnəklər fəaliyyət göstərir. AMEA İTİ-nin direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev ilk öncə iştirakçılara institutun yaranma tarixi, əsas elmi fəaliyyət istiqamətləri, qarşısında duran vəzifələr, həyata keçirilən layihələrdən söhbət açdı. Alim həmçinin Elmlər Akademiyasının yaranma tarixi, Azərbaycan elminin formalaşması və inkişafında xidmətləri, əldə etdiyi nailiyyətlərdən də söhbət açdı. “İctimai şüurun formalaşmasında elm mühüm rol oynayır” – bildirən professor R.Əliquliyev elmin cəmiyyətin həyatında, insanların dünyagörüşünün formalaşmasında rolundan söhbət açdı. Çağdaş dövrdə elmi araşdırmaların dünya səviyyəsində aparılmasının, yeni biliklərin əldə edilməsi və tətbiqi məsələlərinin önəmliyini vurğuladı. R.Əliquliyev bu yaxınlarda Sumqayıt şəhərində keçirilən “Təhsil, elm və informasiya texnologiyaları” festivalının əhəmiyyətindən də söhbət açdı. Alim festival çərçivəsində keçirilən tədbirlərin İKT infrastrukturunun inkişaf etdirilməsi, İKT-nin tətbiqinin dünya standartları səviyyəsinə çatdırılması məsələlərinin həyata keçirilməsi istiqamətində atılmış növbəti addımlardan olduğunu bildirdi. İnstitut direktoru informasiya texnologiyalarına marağın və bu sahədə ixtisaslaşmaq imkanlarının getdikcə artdığını qeyd etdi. O, hər bir Azərbaycan vətəndaşının İKT sahəsində dərin biliklərə malik kadr kimi yetişdirilməsinin, İKT-biliklərinin tədrisinin yüksək səviyyədə təşkilinin, o cümlədən məktəblilərin İKT layihələrində fəal iştirakının əhəmiyyətini vurğuladı. İştirakçılar həmçinin institutun Elmi-tədqiqat, Tədris-İnnovasiya mərkəzləri, Kitabxana-informasiya Xidməti, “İnformasiya texnologiyaları” nəşriyyatı, Multimedia və İnternet mərkəzləri ilə də tanış oldular.ict.az

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın