Menu
Geri İrəli

İyun ayında hava necə olacaq?

Müəllif: sumqayitxeber.com • Tarix: 31 May 2013 • Baxış sayı: 183 dəfə • Şərh yoxdur

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti gələn ayın hava proqnozunu açıqlayıb.  Qurumdan Lent.az-a verilən məlumata görə, iyun ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə bir qədər yüksək olacağı gözlənilir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, ayrı-ayrı yerlərdə isə bir qədər çox olacağı ehtimal olunur.

Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 22-24 dərəcə isti (gecələr 15-20, gündüzlər 25-30 dərəcə isti, bəzi günlərdə 33-38 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 9-12 mm) olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında isə orta aylıq temperaturun 20-25 dərəcə isti (gecələr 13-18, gündüzlər 25-30 dərəcə isti, bəzi günlərdə 34-37 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 21-35 mm) olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında 14-19 dərəcə isti (gecələr 9-14 dərəcə isti, gündüzlər 19-24 dərəcə isti, bəzi günlərdə 26-30 dərəcəyədək yüksələcək) olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 86-130 mm) olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperatur 21-24 dərəcə, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında 20-23 dərəcə,  Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 24-26 dərəcə isti (gecələr 16-21 dərəcə isti, gündüzlər 27-32 dərəcə isti, bəzi günlərdə 35-39 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir dərəcə yüksəkdir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 16-23 dərəcə isti (gecələr 13-18 dərəcə isti, gündüzlər 24-29 dərəcə isti, bəzi günlərdə 32-35 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 29-47 mm) olacağı gözlənilir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın