Menu
Geri İrəli

Kəmaləddin Heydərov üçün böyük izdiham – Fotolar

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Sentyabr 2013 • Baxış sayı: 168 dəfə • Şərh yoxdur

Nazirlə görüşə 5 min nəfər yazılıb 

 Fövqəladə hallar naziri Kəmaləddin Heydərov şimal-qərb bölgəsində yerləşən 10 rayonun sakinlərini qəbul edir.Görüş Zaqatalanın Əliabad kəndində baş tutub. Nazir zəlzələdən zərərçəkənləri qəbul edir. “Qafqazinfo” azadliq.org-a isinadən xəbər verir ki, Kəmaləddin Heydərovla görüşə 5 mindən artıq şikayətçi yazılıb. Görüşün keçirildiyi ərazidə izdihamdır. Hətta sıxlıq ucbatından huşunu itirənlər, ürəyi gedənlər də olur. Bir nəfər isə halı pisləşdiyi üçün təcili yardımla xəstəxanaya aparılıb. Ərazidə xeyli sayda təcili yardım və post-patrul xidməti növbə çəkir. Bundan başqa, Fövqəladə Hallar Nazirliyinin əsgərləri də görüş yerini mühafizə edirlər.

 Müxbirlər ərazidən uzaqlaşdırılıblar.

 Günün ikinci yarısında nazirin başqa şikayətçilərlə rayon mərkəzində görüşməlidir. Artıq indidən rayonda yollar bağlanıb.

kamaleddin3

Facebook Şərhləndirmə:

Şərhinizi yazın