Menu
Geri İrəli

Kafeni əxlaqsızlıq yuvasına çevirən sumqayıtlı qadın ifşa edildi

Müəllif: sumqayitxeber.com • Tarix: 2 Sentyabr 2013 • Baxış sayı: 147 dəfə • Şərh yoxdur

Sumqayıt şəhər sakininin Abşeron rayonu Saray qəsəbəsində yerləşən adsız kafedə əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib. Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Məlumata görə, idarə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1972-ci il təvəllüdlü, Sumqayıt şəhər sakini, İsrafilova Xavər Əlfəddin qızının icarədarı olduğu – Abşeron rayonu, Saray qəsəbəsində yerləşənadsız kafedə əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov
Facebook Şərhləndirmə:

Şərhinizi yazın