Menu
Geri İrəli

“KARAT” MTK-nin icraçı direktoru 12 il müddətinə cəzalandırıldı

Müəllif: Sumqayitxeber.com • Tarix: 22 Avqust 2015 • Baxış sayı: 419 dəfə • Şərh yoxdur

Mehkeme-cekic1

Məhkəmə prosesi yekunlaşıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı ş. sakinləri Rövşən Hacızadənin CM-nin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313 (vəzifə saxtakarlığı), Qərib Əmiraslanovun CM-nin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə ) təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Oxu.Az xəbər verir ki, ittiham aktına əsasən, “Karat” MTK-nın icraçı direktoru Rövşən Hacızadə tanışı Qərib Əmiraslanovla qabaqcadan əlbir olaraq tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil ediblər. Onlar MTK-nın Bakı şəhərində inşa etdiyi çoxmərtəbəli yaşayış binasında əvvəllər ayrı-ayrı şəxslərə satılmış 5 mənzili və 4 avtodayanacaq yerlərini təkrarən başqa şəxslərə satmaqla 1 milyon 112 min manat məbləğində pulu mənimsəyiblər.

İstintaq mərhələsində mənimsənilən məbləğin müəyyən qisminini zərərçəkənlərə ödənilməsi təmin edilib.

Məhkəmənin hökmü ilə  R.Hacızadə 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Qərib Məmmədov isə 8 il müddətinə şərti cəzaya məhkum olunublar.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın