Menu
Geri İrəli

“Karatemizin Maradonası” yarımfinala yüksəldi

Müəllif: sumqayitxeber.com • Tarix: 13 İyun 2015 • Baxış sayı: 380 dəfə • Şərh yoxdur

 “Karatenin Maradonası” təxəllüslü idmançımız Rəfael Ağayev 75 kq çəki dərəcəsində qrup mərhələsini başa vurub.

Lent.az-ın məlumatına görə, o, ilk görüşdə ukraynalı İlya Nikulini 3-0 hesabi ilə qalib gəlib. R. Ağayev ikinci görüşdə türkiyəli idmançı Erman Eltemuru ilə qarşılaşıb. Həmyerlimiz bu qarşılaşmada 3-5 hesabı ilə məğlub olub. Qrupun sonuncu qarşılaşmasılnda Latviyanı təmsil edən Ruslan Sadıqovla qarşılaşan “Karatenin Maradonası” 3-1 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.

Qeyd edək ki, Rafael Ağayevlə yanaşı  60 kq çəki dərəcəsində Firdovsi Fərzəliyev, 67 kq da Niyazi Əliyev,  55 kq da İlahə Qasımova yarımfinala vəsiqə qazanıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın