Menu
Geri İrəli

«Karvan»-ın 6 min kv. metri yanıb

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Oktyabr 2013 • Baxış sayı: 154 dəfə • Şərh yoxdur

Sumqayıtdakı «Karvan» Ticarət Mərkəzində baş verən yanğın söndürüldükdən sonra fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev açıqlama verib.

lent.az-ın müxbirinin verdiyi məlumata görə, nazir müavini deyib ki, saat 19.26 hadisə barəsində quruma məlumat daxil olub: «Həmin vaxt yanğınsöndürənlər briqadası olay yerinə çıxıb. 4 saat davam edən yanğın 2 və 3-cü mərtəbələrdə baş verib. Ticarət mərkəzində 6 min kv.metr sahə yanıb».

Müavinin sözlərinə əsasən, yanğın söndürülərkən, qurumun bir əməkdaşı tüstüdən zəhərlənib və hazırda onun səhhəti qaydasındadır: «Mülkü şəxslər arasında xəsarət alan yoxdur. Olay yerinə 300-dən artıq texnika və mindən çox canlı qüvvə cəlb edilib. Yanğının baş verməsi səbəbi araşdırılır. Əlavə məlumat veriləcək».

Facebook Şərhləndirmə:

Şərhinizi yazın