Menu
Geri İrəli

“Karvan” nə zaman fəaliyyətə başlayacaq? – AÇIQLAMA

Müəllif: sumqayitxeber.com • Tarix: 18 May 2015 • Baxış sayı: 1,017 dəfə • Şərh yoxdur

karvan3Bir çoxlarını düşündürdüyü kimi, bizə də maraqlıdır Sumqayıtlıların əsas qazanc yerlərindən biri olan Karvan Ticarət Mərkəzi nə zaman tam təmir olaraq, istifadəçilərin öhdəsinə veriləcək?

sumqayiteber.com LiderXeber.az-a istinadən adıçəkilən ticarət mərkəzinin müavini Kamil Əhədovla müsahibəni sizlərə təqdim edir:

Kamil müəllim, Karvan Ticarət Mərkəzi tam təmirdən çıxaraq, istifadəçilərin öhtəçiliyinə nə zaman veriləcəyi gözlənilir?

Demək olar ki, işlərin bir çoxları görülüb. Ticarət mərkəzinin əksər hissəsi əsaslı təmir olub və yenidən fəaiyyətini bərpa edib. Ancaq bütövlükdə obyektin altı-yeddi aya tam hazır olması gözlənilir. Bunun üçün sürətləndirilmiş işlər gedir.

- Tam təmirdən sonra əvvəlki tək yanğınların baş verməməsi üçün nə kimi işlər görürsünüz?

Qeyd edim ki, əvvəlkindən fərqli olaraq, hər 20 metirdən bir, yanğının qarşısını almaq üçün su şlanqları, yüksək keyfiyyətli yanğın əleyhinə siqnalizasiyalar və son standartlara cavab verən, avtomatik yanğın söndürən cihazlarla Karvan T/M-ni təmin etmişik. Bundan əlavə, ticarət mərkəzində çox saylı mühafizəçilərimiz var.

- Dövlət Baytarlıq Nəzarəti Xidməti I Avropa Oyunları zamanı xaricdən ölkəyə gətirilən, habelə ölkə daxilindəki heyvan, heyvan mənşəli məhsullara nəzarət gücləndirəcəklərini bildirmişdilər. Sizin bazarda ət məhsullarının keyfiyyəti və təmizliyi nə səviyyədədir?

Əvvəla, onu qeyd edim ki, bizim bazarda öz labaratoriyamız fəaliyyət göstərir və hər gün satıcıların bazara gətirdiyi ətlər yoxlanılaraq, satışa yararlı olduğu halda icazə verilir. Mən deyərdim ki, bəlkəm respublikanın heç bir yerində bizim bazarda olan təmizlik və səliqəlik mövcud deyil. Buyurub, özünüz baxa bilərsiniz.

     

Sonda qeyd edək ki, Dövlət Baytarlıq Nəzarəti Xidməti I Avropa Oyunları zamanı xaricdən ölkəyə gətirilən ətlərin diqqətlə yoxlanılaraq, “Baytarlıq haqqında”Azərbaycan RespublikasıQanununun tələblərinə uyğun öz fəaliyyətini davam etdirəcəklərini və insanların sağlam qidalanmasını təmin edəcəklərini bildirmişdiər.

Abbas Əlioğlu

LiderXeber.com

Facebook Şərhləndirmə:

Şərhinizi yazın