Menu
Geri İrəli

“Karvan” ticarət mərkəzini kim sığortalayıb?

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Noyabr 2013 • Baxış sayı: 205 dəfə • Şərh yoxdur

Bir qədər əvvəl yanğının baş verən “Karvan” ticarət mərkəzi “Azsığorta” şirkəti tərəfindən sığortalanıb. 

 1383452_534400129970973_1262939928_n

Bu barədə fins.az-a şirkətin özündən bildirilib. Məlumatda deyilir ki, “Karvan” ticarət mərkəzi “Azsığorta” ASC-də daşınmaz əmlakın icbari sığortası növü üzrə sığorta təminatı alıb. Obyektin hansı məbləğə sığortalandığı kommersiya sirri olduğu üçün açıqlanmır: “Lakin gələcəkdə sığortalı ilə bu barədə razılığa gəldikdə müvafiq məlumatların təqdim edilməsi mümkün ola bilər”-deyə bildirilib.

Hələlik baş vermiş yanğınla əlaqədar olaraq heç bir ödəniş aparılmayıb. “Baş vermiş hadisə ilə bağlı iş hazırda qiymətləndirmə və sənədlərin toplanması mərhələsindədir”. Adətən bu mərhələlər tamamlandıqdan sonra müvafiq qaydada sənədlər yoxlanılır və qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində ödəniş həyata keçirilir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın