Menu
Geri İrəli

“Karvan” Ticarət Mərkəzinin sahibi: “Təmirdən sonra sahibkarlar yenidən ticarət mərkəzində fəaliyyət göstərəcəklər”

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Noyabr 2013 • Baxış sayı: 264 dəfə • Şərh yoxdur

IMG_9625Sumqayıt şəhərində bir neçə gün əvvəl yanan “Karvan” Ticarət Mərkəzində mağazalarına ziyan dəymiş sahibkarlar Sumqayıt Şəhər İcra Hakimiyyətinin qarşısına toplaşıblar.

 Aksiyada iştirakçılarının APA-ya verdiyi məlumata görə, sahibkarlar onlara dəyən ziyanın ödənilməsini və kompensasiya verilməsini tələb ediblər. İştirakçılarla görüşən ticarət mərkəzinin sahibi Ağamirzə Əhmədov isə deyib ki, hazırda mağazalar təmir olunur və müəyyən müddətdən sonra sahibkarlar yenidən ticarət mərkəzində fəaliyyət göstərəcəklər.

 A. Əhmədov sahibkarlara dəymiş ziyanın ödənilməsi ilə bağlı hər hansı planın olmadığını da qeyd edib.

 Sumqayıt şəhər İH-nin şöbə müdiri Seyfəddin Rəhimov APA-ya açıqlamasında deyib ki, Ticarət Mərkəzi özəl mülkiyyətdir və bu məsələnin İcra Hakimiyyətinə aidiyyəti yoxdur.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın