Menu
Geri İrəli

“Karvan” Ticarət Mərkəzinin sahibkarlarının zərərini kim ödəməlidir?

Müəllif: sumqayitxeber.com • Tarix: 21 Oktyabr 2013 • Baxış sayı: 128 dəfə • Şərh yoxdur

IMG_9681

Ötən gün “Karvan” Ticarət Mərkəzində baş vermiş yanğın nəticəsində maddi ziyan çəkmiş sahibkarlar Sumqayıt şəhər icra hakimiyyətinin binası qarşısına toplaşıblar.

“Axar.az” xəbər verir ki, sahibkarlar şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizovla görüşmək və kompensasiya almaq məsələsini müzakirə etmək istəyirlər.

Bəs sahibkarlara dəymiş ziyanı kim ödəməlidir? İcra Hakimiyyəti, yoxsa sahibkar?

 Hüquqşünas Müzəffər Baxşıov Publika.Az-a açıqlamasında bildirib ki, ticarət müəssisəsində çalışan şəxslərin müqaviləsi varsa,buradakı şərtlərə uyğun da kompensasiya sığorta şirkəti tərəfindən ödənilməlidir.

 “Yanğın ehtiyatsızlıq, yaxud qəsdən törədilsə belə müqavilədə göstərilibsə, ödənişi sığorta şirkəti həyata keçirməlidir. Bu məsələdə İcra Hakimiyyəti ödəniş etməli deyil. Müqavilə yoxdursa, hadisə qəsdən, yaxud ehtiyatsızlıqdan törədilibsə, kompensasiya hadisəni törədən şəxs tərəfindən ödənilməlidir.

Dəymiş ziyan min manatdan yuxarıdırsa, qəsdən törədilibsə Cinayət Məcəlləsinin 186-cı, ehtiyatsızlıq nəticəsində törədilibsə 187-ci maddəsi ilə törədən şəxs cinayət məsuliyyətinə cəlb edilir. Məhkəmənin hökmü ilə dəymiş ziyanın zərərkəşmiş şəxslər ödənilməsi təmin edilməlidir”.

Ticarət mərkəzinin sahibinin öhdəliklərinə gəldikdə isə hüquqşünas bildirdi ki, o bütün təhlükəsizlik normalarına əməl edibsə, heç bir məsuliyyət daşımır.

“Hadisə ticarət mərkəzi sahibinin ehtiyatsızlığı, yaxud qəsdən onun tapşırığı ilə törədilibsə, bu məsələ araşdırılmalı, fakt təsdiqlənərsə, həmin şəxs məsuliyyətə cəlb edilməlidir. Istənilən halda əvvəlcə yanğının səbəbləri araşdırılmalıdır”.

Gülxar

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın