Menu
Geri İrəli

“Karvan” Ticarət Mərkəzinə dəymiş ziyan 2 milyon manatdan artıqdır – MƏRKƏZİN SAHİBİ

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Fevral 2014 • Baxış sayı: 763 dəfə • 1 şərh

karvan-1_1

“Karvan” Ticarət Mərkəzinə dəymiş ziyanın sığorta şirkəti tərəfindən ödənilməsi ilə bağlı gecimkə istintaq prosesinin davam etməsi ilə bağlıdır”. Bunu fins.az-a açıqlamasında  bir neçə ay əvvəl yanğın baş verən Karvan Ticarət Mərkəzinin sahibi Ağamirzə Əhədov bildirib. Onun sözlərinə görə, yanğın nəticəsində Ticarət Mərkəzinə dəymiş ziyan 2 milyon manatdan artıqdır. Mərkəzin sahibi, sığorta ödənişi ilə bağlı Ticarət Mərkəzi və obyektin sığortaçısı olan “Azsığorta” şirkəti arasında mübahisənin olmadığını da bildirib. A.Əhədov bildirib ki, dəyən zərərə görə sığorta şirkəti tərəfindən ediləcək ödəniş Ticarət Mərkəzi və burada çalışan sahbkarlar arasında bölünəcək: “Həmin məbləğin yarısı ticarət mərkəzinin təmirinə,  yarısı isə sahibkara ödəniləcək”.

 Xatırladaq ki, Sumqayıtda yerləşən “Karvan” Ticarət Mərkəzində 2013-cı il oktyabrın 19-da baş  vermiş  yanğın nəticəsində 1000-ə yaxın ticarət obyekti yanıb.

 

Facebook Şərhləndirmə:

““Karvan” Ticarət Mərkəzinə dəymiş ziyan 2 milyon manatdan artıqdır – MƏRKƏZİN SAHİBİ” yazısına bir cavab

  1. gunel deyir:

    Salam…karvanin aqibeti nece olacaq?
    Hamimiz senirsizlikle gozleyirik axi.

Şərhinizi yazın