Menu
Geri İrəli

«Karvan»dakı yanğında xəsarət alanlar bilindi.

Müəllif: Sumqayit Xeber • Tarix: 19 Oktyabr 2013 • Baxış sayı: 171 dəfə • Şərh yoxdur

Sumqayıtda “Karvan” Ticarət Mərkəzində baş verən yanğında xəsarət alaraq və zəhərlənmə ilə xəstəxanaya yerləşdirilən şəxslərin sayı məlum olub.

Sumqayıt şəhər Təcilli Tibbi Yardım Xəstəxanasından APA-ya verilən məlumata görə, ticarət mərkəzində baş verən yanğında kəsilmiş xəsarət alan 4 nəfər onlara müraciət edib. Onlar Tural Əmrahov, Xaliq Məmmədov, Rövşən Dəmirov və Vəfa İsmayılovadır.

Yanğın zamanı həmçinin daha 12 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edib. Həmin şəxslərə ilkin yardım göstərilib və evə buraxılıblar.
Xəstəxanadan həmçinin bildirilib ki, hadisə zamanı ölən və ağır xəsarət alan olmayıb.

***

22.00

Sumqayıt şəhərində “Karvan” ticarət mərkəzində yanğın davam edir. APA-nın Sumqayıtda olan əməkdaşının verdiyi xəbərə görə, hadisə yerinə fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev gəlib. Həmçinin FHN-nin əlavə yanğınsöndürmə avadanlığı və canlı qüvvəsi də cəlb olunub.

APA-nın məlumatlna görə, FHN-in xilasediciləri yanğın baş verən “Karvan” ticarət mərkəzindəki dükanlara girən 5 nəfəri xilas edib. Onlarda tüstüdən zəhərlənmə diaqnozu qoyulub. Zərərçəkmiş şəxslər hadisə yerinə cəlb olunmuş təcili tibbi yardım həkimlərinə təhvil veriliblər.

Yanğının səbəbləri hələlik məlum deyil.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın