Menu
Geri İrəli

Keçmiş deputatımızdan açıqlama

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Oktyabr 2012 • Baxış sayı: 351 dəfə • Şərh yoxdur
Share Button

“Mən uzun illərdir ki, biznes fəaliyyəti ilə məşğul olmuram. Hazirda ictimai fəaliyyətim var”.

Bu sözləri avropa.info saytına açıqlamasında Milli Məclisin sabiq deputatı Baba Tağıyev ona məxsus olduğu bildirilən “Avropa Qapıları” Şirkəti ilə bağlı mətbuatda yayılanlara münasibət bildirərkən söyləyib. Qeyd edəki ki, mediada Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Sumqayıt Ərazi İdarəsi “Tağıyev” şirkəti tərəfindən istehsal olunan və şikayətçinin mənzilində quraşdırılmış “Avropa Qapıları” nişanlı qapıların keyfiyyətsiz olduğunu iddia edib: “Araşdırma zamanı müəyyən olunub ki, müəssisədə PVC, MDF və şpon qapılar normativ sənədləri olmadan istehsal olunur, müəssisədə taxtaların qurudulması üçün istifadə olunan qurutma kamerası işlək vəziyyətdə deyil, taxtaların nəmlik dərəcəsi ölçülmədən emala verilir”.

Şirkətlə əlaqə saxlayıb, bu iddiaya münasibət öyrənməyə çalışdıq. Şirkətin direktoru Aqil Qasımov “Avropa Qapiları”nın bu sahədə ölkədə ən böyük şirkət oldugunu dedi: “Avropa Qapiları” uzun illərdir ki, yüksək səviyyədə , müasir standtartlara uygun olaraq qapılar istehsal edir. Əhaliyə xidmətimizdən də hamı razıdır. Müştərilərimiz də bizim xidmətimizdən razıdırlar. İndi bir nəfər ortalıga düşüb, nəsə danıçırsa mətbuat da ona fikir verməməlidir. Kimsə işimizdən narazıdırsa, gəlib problemini həll etməlidir”.

Şirkətdə yoxlamalar olması barədə açıqlamaya gəlincə Aqil Qasımov deyib ki, böyük müəssisədə yoxlamanın olması təbiidir: “Biz fəaliyyətimizi qanunauygun olaraq, qurmuşuq. Əgər problem ortaya çıxırsa onu da həll edirik”.

Aqil Qasımov çirkətin fəaliyyətinin dayandırılması barədə xəbərin də yalan oldugunu deyib: “Gəlib, baxa bilərsiniz, işimiz yüksək səviyyədə davam edir. Görünür, bizimlə rəqabətə davam gətirə bilməyən bəzi şirkətlər bu cür ucuz kampaniyaya əl atırlar”.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın