Menu
Geri İrəli

Keçmiş həyat yoldaşının evini yandırdı

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Aprel 2010 • Baxış sayı: 245 dəfə • Şərh yoxdur

Sumqayıt sakini keçmiş həyat yoldaşının evini yandırıb. Bu barədə APA-ya Sumqayıt şəhər Polis İdarəsindən bildirilib.

Hadisə aprelin 19-dan 20-nə keçən gecə baş verib. Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində, Rüxsarə Hüseynovaya məxsus fərdi yaşayış evində yanğın baş verib. Həyata keçirilən tədbirlər nəticəsində yanğının qarşısı alınıb. Araşdırmalar zamanı yanğının ev sahibəsinin keçmiş həyat yoldaşı Arzu Hüseynov tərəfindən törədildiyi məlum olub.

A. Hüseynov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Şərhinizi yazın