Menu
Geri İrəli

Keçmiş həyat yoldaşını qətlə yetirən Sumqayıt sakini məhkəmə qarşısında

Müəllif: sumqayitxeber.com • Tarix: 16 İyul 2015 • Baxış sayı: 450 dəfə • Şərh yoxdur

mehkeme123esasBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Zaur Hüseynovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Əlövsət Abbasov sədrlik edib.

Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı iyulun 28-ə təyin olunub.

Qeyd edək ki, təqsirləndirilən şəxs keçmiş həyat yoldaşı – 1985-ci il təvəllüdlü Esmira Hüseynovanı qətlə yetirməkdə ittiham olunur. Qətl hadisəsi 19 mart 2015-ci ildə baş verib. Sumqayıt şəhər sakini Esmira Hüseynovanın üzərində zorakılıq əlamətləri olan meyiti işlədiyi mağazanın qarşısında tapılıb.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İstintaq-əməliyyat tədbirləri nəticəsində qətli törədən şəxsin mərhumun keçmiş həyat yoldaşı olduğu müəyyən edilib. Hadisənin qısqanclıq zəminində baş verdiyi istisna olunmur.

İnarə Rafiqqızı

Virtualaz.org

Facebook Şərhləndirmə:

Şərhinizi yazın