Menu
Geri İrəli

Keçmiş nazir Füzuli Ələkbərov: “Biznesimə qayıdıram”

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Noyabr 2013 • Baxış sayı: 218 dəfə • Şərh yoxdur

“Vəzifəmdən azad edilməyim mənə qətiyyən pis təsir etmədi. Çünki nazir vəzifəsinə biznesdən gəlmişdim və indi də biznesimə qayıdıram. Belə deyək: bir kabinetdən digərinə keçmişəm”.

 

Avropa.info xəbər verir ki, bu sözləri bir neçə gün öncə dövlət məmurlarından birinin yaxınının yas məclisində iştirak edən keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərov məmurlarla söhbəti zamanı deyib. Eks-nazir vəzifəsindən uzaqlaşdırılmasından təssüflənmədiyini və bundan sonra da Prezident İlham Əliyevin siyasi xəttini dəstəkləyəcəyini bildirib: “Prezident harada məsləhət biləcəksə, orada da olacam”.

Qeyd edək ki, Prezident İlham Əliyevin oktyabrın 22-də verdiyi sərəncama əsasən, Füzuli Ələkbərov tutduğu vəzifədən azad edilib. Prezidentin digər sərəncamı ilə Səlim Müslümov Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin edilib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın