Menu
Geri İrəli

Keçmiş SSRİ-ni fəth etmiş sumqayıtlı qəhrəman jurnalist

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Yanvar 2015 • Baxış sayı: 546 dəfə • Şərh yoxdur

eyruz2“Exo Sumqait” filmindən tanıdığımız Eyruz müəllimi univesitet illərindən – 97-98-ci illərdən daha yaxından tanıdım. (Əslində,  88-93-cü illərdə Eyruz müəllim tanınmış jurnalistlərlə bir neçə dəfə evimizdə qonaq da olmuşdur. Amma əfsuslar olsun ki, kiçikyaşlı olduğum üçün o zaman belə dəyəli insandan lazımınca yararlanmadım…) BDU-da tələbə-gənclər heyəti ilə QHT yaradırdıq. Atamla məsləhət edirdim. Həmin vaxt atam məni Eyruz müəllimin əyləşdiyi idarəyə apardı və bir qədər söhbət etdik. Dəyərli məsləhətlər aldım və Eyruz müəllimin dövlətçiliyimiz, milli birliyimiz üçün təməl funksiya daşıyan qızıl cümləsi hələ də mənim üçün prioritetdir: “Ölkəmizin suverenliyini istəməyənlər, mənfur düşmənlərimiz istəyir ki, Sumqayıt -88 hadisələrində, Qarabağ müharibəsində günahkarı öz millətimizdə axtaraq.”

 Bəli, indi də xalqımızın başına gələn faciələrdə birmənalı olaraq millətimizi günahkar hesab edən şəxslər mənim üçün qara şəxslərdir… Yaxınlarda Eyruz müəllimin “P.S.” romanın təqdimatında idik. İmkan tapıb saytımız – Birlik.az saytı üçün bir neçə nəsihətxarakterli fikirlər öyrənmək istədim:

 – Eyruz müəllim, gənc yazarlara hansı mövzulara toxunmalarını tövsiyə edərdiniz?!”

 Eyruz Məmmədov:  –İnsanlar oxumaq üstündə çalışmalıdır…

Gənclərimiz vətənpərvər, olmalı, laqeyd olmamalı, narkomaniyaya qarşı mübarizə aparmalıdır. Gənc yazarlardan istəyim budur ki, bu məsələ tez tez gündəmə gətirilsin..; Ən böyük vəzifə vicdana riayət etməkdir..; Elm və insan! İlk öncə insan olmaq lazımdır”

 Bəli, tamamilə insani, humanist dəyərlər əsasında ideya tərəfdarı olan Eyruz müəllim bu gün mənim kimi yüzlərlə gənc yazarların, jurnalistlərin, çox sayda oxucuların qibtə etdiyi şəxsdir. Qeyd edim ki, həddən artıq təvazökar, səmimi olan Eyruz müəllim “Sumqayıt-88”hadisələrindən bəhs edən filmləri zamanı keçmiş SSRİ-nin ən yüksək vəzifəli şəxsləri ilə görüşmüş, onlardan müsahibələr də almışdı.

Jurnalist-filoloq, “Sumqayıtın əks-sədası” qəzetinin baş redaktoru, 1988-ci ildə baş vermiş Sumqayıt hadisələrindən sonra ömrünün qalan hissəsini ekspert qismində bu olayların araşdırılmasına həsr etmiş, “Sumqayıtın əks-sədası” tammetrajlı, “Sumqayıtın əks-sədası-2” sənədli filmlərinin, “28-dən 29-na keçən gecə”, “Sumqayıtım mənim”, “2-ci paralel”, “Bir, iki, üç… və yaxud Dağ çiçəyi”, “Anata”, “Gecə… İncə gecə” və s. kitablarının müəllifi, Həsən bəy Zərdabi adına və “Araz” ali ədəbi mükafatlarının laureatı Eyruz Məmmədovun bu gün ad günündür. Fürsətdən istifadə edib Eyruz müəllimə uzun ömür, can sağlığı,

işləriniin bəhrəsini tezliklə görməsini Uca Yaradandan diləyirəm.. Amin!!!

Vüsal Hətəmov (şərqşünas, birlik.az saytının baş redaktoru)

Facebook Şərhləndirmə:

Şərhinizi yazın