Menu
Geri İrəli

Kimyaçılar Əlillərin Regional Bərpa Mərkəzində xeyriyyə aksiyası keçirdi

Müəllif: sumqayitxeber.com • Tarix: 1 Oktyabr 2013 • Baxış sayı: 171 dəfə • Şərh yoxdur

Oktyabrın 1-də «Azərikimya» İstehsalat Birliyinin təşəbbüsü ilə Sumqayıt şəhər Əlillərin Regional Bərpa Mərkəzində xeyriyyə aksiyası keçirilmişdir.

Tədbirdə Respublika Protez-Ortopedik Bərpa Mərkəzinin direktoru İlham Bağırov və Sumqayıt şəhər Əlillərin Regional Bərpa Mərkəzinin baş həkimi Şaban Eyvazov tədbirin məqsəd və qayəsindən danışmış, belə bir xeyirxah təşəbbüsdə iştirak edənlərə minnətdarlıqlarını bildirmişdir.

«Azərikimya» İB tərəfindən üç ildən bəridir ki, «Mərhəmətli olmağa tələsin!» devizi altında keçirilən xeyriyyə aksiyalarının davamı kimi bu tədbirdə ümumilikdə 22 nəfər əlil əl və ayaq protezləri ilə təmin olunmuşdur. Respublika Protez-Ortopedik Bərpa Mərkə­zinin tibb şöbəsinin müdiri Pənah Məmmədovun rəhbərliyi altında 4 nəfər texnikin və Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər şöbəsinin üzvlərinin köməkliyi ilə əlillər yeni süni əl və ayaqlarına qovuşmuşlar.Əlillər onlara göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirmişlər. Qeyd olunmuşdur ki, iki il bundan öncə də belə bir xeyirxah addım atılmış və onlarla əlil insana sevinc bəxş edilmişdir

Facebook Şərhləndirmə:

Şərhinizi yazın