Menu
Geri İrəli

Kimyaçılar əmək intizamını müzakirə etdi

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Avqust 2013 • Baxış sayı: 185 dəfə • Şərh yoxdur
“Azəri­kimya” İstehsalat Birliyinin akt zalında əmək intizamına riayət olunmasının vəziyyəti və bu istiqamətdə görülən işlərlə əlaqədar geniş tədbir keçirilib.
Birliyin strukturuna daxil olan idarə və müəssisələrin rəhbərlərinin, baş mühən­dislərinin, sex və istehsalat rəislərinin iştirak etdiyi tədbiri giriş sozü ilə açan və tədbirin mahiyyəti haqqında məlumat verən “Azəri­kimya” İB-nin İcraçı direktorunun kadr, rejim və informasiya texnologiyaları üzrə müavini Xalıq Mustafayev qeyd etmişdir ki, bu gün Azər­baycan Respublikası Dövlət Neft Şirkətinin bütün struktur bölmələrində insan amili ön planda dayanır. Əməkçilərə sağlam və normal iş şəraitinin yaradılması, onların sağ­lam­lıqlarının və təhlükəsizliyinin təmini, sosial rifah halının yaxşılaşdırılması prioritet məsələ kimi qarşıya qoyulmuşdur.
Bununla bərabər hər bir əməkçinin ona tapşırılan işi vicdan və məsu­liyyətlə yerinə yetirməsi, işə davamiyyəti, iş saatlarında yayınmalara yol verməməsi, bir sözlə, əmək intizamına ciddi riayət etməsi Şirkətin struktur bölmələrində, o cümlədən “Azəri­kimya” İstehsalat Birliyində ən vacib şərtlərdən və ən mühüm tələblərdən biridir. Qeyd olun­muş­dur ki, “Azəri­kimya” İstehsalat Birliyinin bütün idarə və müəssisələrində da­vamlı olaraq müşahidələr aparılmış, əldə olunan nəticələr keçən ilin 8 ayı ilə müqayisəli şəkildə təhlil edilərək işçilərin əmək intizamına əməl etmələrinin səviyyəsi müəyyənləş­dirilmişdir.  Nəticələr slaydlar vasitəsilə yığıncaq iştirakçılarının diqqətinə çatdırılmış, mövzu ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın