Menu
Geri İrəli

Kimyaçılar müəllimlər gününü qeyd etdilər

Müəllif: sumqayitxeber.com • Tarix: 8 Oktyabr 2010 • Baxış sayı: 281 dəfə • Şərh yoxdur

«Azərikimya» İstehsalat Birliyi kollektivinin təşəbbüsü və iştirakı ilə H. Ərəblinski adına Sumqayıt Dövlət Musiqili-Dram Teatrında Beynəlxalq Müəllimlər gününə həsr edilmiş təntənəli gecə keçirilmişdir. Tədbirdə Sumqayıt təhsil sistemi işçilərinin son illərdə əldə etdiyi nailiyyətlərdən, şəhər məktəblilərinin ali məktəblərə qəbul imtahanları zamanı göstərdikləri yüksək nəticələrdən söhbət açılmışdır. Qeyd edilmişdir ki, son illər ərzində ən çox bal toplamış məzunların sayına görə Sumqayıt bütün respublika üzrə lider mövqeyini saxlamaqdadır. İndiyədək Sumqayıt məktəblərinin 50-dən artıq məzunu Prezident təqaüdünə layiq görülmüşdür. Cari ildə də ali məktəblərə qəbul olunan sumqayıtlı məzunlardan 110 nəfəri 600-dan yuxarı bal toplamış, onlardan 7 nəfəri Prezident təqaüdünə layiq görülmüşdür. Fərəhləndirici haldır ki, Müəllimlər günü münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə yüksək dövlət mükafatları ilə təltif olunanlar arasında da Sumqayıt müəllimləri vardır. Tədbirdə kimyaçılar adından pedaqoqların ünvanına təbriklər səsləndirilmişdir. Məktəblilər Azərbaycan müəllimlərinə, onların şərəfli əməyinə həsr olunmuş şeirlər söyləmişlər. Tədbirin rəsmi hissəsindən sonra kimyaçılar və təhsil işçiləri H. Ərəblinski adına Sumqayıt Dövlət Musiqili-Dram Teatrının görkəmli ingilis dramaturqu Yudci Onilin «Qarağaclar altında məhəbbət» adlı pyesi əsasında hazırladığı maraqlı səhnə əsərinə tamaşa etmişlər.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın