Menu
Geri İrəli

Kimyaçılar Neftçilər gününü qeyd edib – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Sentyabr 2013 • Baxış sayı: 180 dəfə • Şərh yoxdur
«Azərikimya» İstehsalat Birliyinin akt zalında 20 sentyabr – Azərbaycan neftçilərinin peşə bayramı münasibətilə tədbir keçirilmişdir. Öncə tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin adını daşıyan güşəni ziyarət edərək, büstü önünə təzə-tər güllər düzmüş, ruhuna dualar oxumuşlar.
Veteran kimyaçıların, şəhər ictimaiyyətinin nümayəndələrinin və fəxri qonaqlarınında iştirak etdiyi tədbirdə çıxış edən natiqlər qeyd etmişlər ki, 1993-cü ildə yenidən hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev qətiyyətli addımları ilə ölkəmizin iqtisadi-siyasi həyatın­da tale yüklü dəyişikliklərin başlanğıcını qoymuşdur. Bu dəyişikliklərin təməlində isə 1994-cü il sentyabrın 20-də Bakıda Xəzərin Azər­baycan sektorundakı «Azəri», «Çıraq» və «Günəşli» yataqlarındakı neftin birgə işlənməsi haqqında dünyanın 7ölkəsinin 11 ən məşhur neft şirkətinin iştirakı ilə imzalanan müqavilə dayanır ki, bu müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə «Əsrin müqaviləsi» adlandırıldı.
«Azə­rikimya» İB-nin Müşahidə Şurasının sədri Muxtar Babayev dördüncü ildir ki, boyük neftçilər ailəsi ilə birgə peşə bayramını qeyd edən kimya­çıları bu əlamətdar gün mü­na­sibətilə təbrik etmiş, 60-a yaxın insana neft sənayesi sahəsində səmərəli fəaliyyəti və neft sənayesinin inkişafındakı müstəsna xidmətlərinə görə fəxri adlar verməsini, onları orden və medallarla təltif etməsini ölkə başçısının Azərbaycan neft sənayesi işçilərinə göstərdiyi diqqət və qayğının təzahürü, onların əməyinə verlən ən yüksək dəyər kimi qiymətlən­dirmişdir.
ARDNŞ prezidentinin əmri ilə təltif olun­muş «Azərikimya» İstehsalat Birliyinin bir qrup işçisinə Fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim edən Müşahidə Şurasının sədri, onlara fəaliyyət sahələrində yeni nailiyyətlər arzula­mışdır.
Tədbir boyu “Azərikimya” İB-də qazanılmış texniki nailiyyətlər, əməkçilərin is­teh­sa­lat fəaliyyəti, onların ildən-ilə yaxşılaşmaqda olan sosial-mədəni həya­tı bütün ge­niş­liyi və dolğunluğu ilə foto-slaydlar vasitəsilə tədbir iştirakçılarının nəzər-diqqətinə çatdırılmışdır.
Qeyd edək ki, Azərbaycan neftçilərinin peşə bayramı «Azərikimya» İstehsalat Bir­liyinin Etilen-polietilen, «Üzvi sintez», Mexaniki-təmir zavodlarında, «Kimyalayihə» İnsti­tutunda, Təmir-tikinti, Nəqliyyat və xüsusi texnika İdarələrində və Anbar Təsərrüfatında da qeyd edilmişdir.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın