Menu
Geri İrəli

Kimyaçılar qan verdilər

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Dekabr 2012 • Baxış sayı: 289 dəfə • Şərh yoxdur

ARDNŞ-in “Azərikimya” İstehsalat Birliyində “Hemofiliya və talassemiyadan əziy­yət çə­kən uşaqlara qayğı” Dövlət Proqramı çərçivəsində talas­semiyalı xəstələr üçün növbəti qanvermə aksiyası keçirilmişdir.

“Azərikimya” İB-nin dəvəti ilə B.Eyvazov adına Respublika Hematologiya və Trans­fuziologiya İnsti­tutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş 12 nəfərdən ibarət xüsusi tibb briqa­dası tərəfindənaparılan və bir həftə davam edən budəfəki qanvermə aksi­ya­sında Birliyin Etilen-poli­eti­len, «Üzvi sintez», Mexaniki-təmir zavod­la­rı­nın,  Nəq­liyyat və xüsusi texnika İdarə­sinin,  “Azərikimya” İB-nin Təmir-tikinti İda­rə­sinin və Anbar təsərrüfatının, həmçinin Birliyin Baş ofisinin və «Kimya­layihə» İnstitutunun 500-ə yaxın işçisi qan xəstə­liklərindən əziy­­yət çəkən uşaqlar üçün qan vermişlər.

Kimyaçılar azyaşlı həmvətən­ləri­mi­zə yardım məqsədi daşıyan, minlərlə insan üçün həyati əhəmiyyət kəsb edən bu könüllü hümanitar aksiyada yüksək fəallıqla iştirak etmişdir.

Artıq 3-cü dəfədir ki, “Azərikimya” İstehsalat Birliyində keçirilən qanvermə aksiyasın­dan əvvəl hər bir könüllü donor-kimyaçının qan sağlamlığı yerin­dəcə təşkil olunmuş səyyar laboratoriyada yoxlanılmış, yalnız bundan sonra qan götürülmüşdür.

 

 

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın