Menu
Geri İrəli

Kimyaçılar Sumqayıtda iməclik aksiyası keçirdi

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Sentyabr 2013 • Baxış sayı: 357 dəfə • 1 şərh

«Azərikimya» İstehsalat Birliyinin bütün idarə və müəssisələrində 20 sentyabr «Neftçilər günü» – Azərbaycan neftçilərinin peşə bayramı münasibətilə geniş iməcilik keçirilib.

Ölkə iqtisadiyyatının yüksəlişində mühüm rol oynamış «Əsrin müqa­viləsi»nin imzalandığı əlamətdar gün kimi qeyd olunan Neftçilər gününə öz töhfələrini verməyə çalışan kimyaçılar iməciliyi yüksək səviyyədə keçirmiş, mütəşəkkillik və fəallıq nümunəsi göstəriblər.

Birliyin bütün müəssisələrini əhatə edən və 800-ə yaxın kim­yaçının iştirak etdiyi iməcilikdə Etilen-polietilen, «Üzvi sintez» və Mexaniki-təmir zavod­larının, Təmir-tikinti, Nəqliyyat və xüsusi texnika İdarələrinin və Anbar Təsərrü­fa­tı­nın daxili ərazilərində təmizlik-abadlıq işləri aparılıb, öncədən əkilmiş ağaclara aqrotexniki qulluq göstərilib, ərazilər alaq otlarından təmizlənib. Həmçinin Etilen-polietilen zavodunun ərazisi əsaslı təmir vaxtı əmələ gələn tullantılar, metal qırıntıları, tikinti materialları və digər lazımsız materiallardan təmizlənərək, səliqə-səhman yaradılıb.

Kimyaçılar, eyni zamanda, Sumqayıt – Hacı Zeynalabdin qəsəbəsi yolunun sağ və sol istiqaməti boyunca əkilmiş ağaclara qulluq etmiş, diblərini belləyərək suvarma işlərini həyata keçiriblər.

Neftçi­lərin peşə bayramına həsr olunmuş iməciliyin növbəti şənbə günü də keçirilməsi nəzərdə tutulub.

1240263_618772638146006_1911023792_n

Facebook Şərhləndirmə:

“Kimyaçılar Sumqayıtda iməclik aksiyası keçirdi” yazısına bir cavab

  1. suqayitli deyir:

    kimyacilar agac eksin icra hakimiyyeti ise agaclari qirib yerinde bank tikdirsin…

Şərhinizi yazın