Menu
Geri İrəli

Kimyaçılar tibbi sığorta ilə bağlı maarifləndirildilər

Müəllif: sumqayitxeber.com • Tarix: 21 Fevral 2013 • Baxış sayı: 241 dəfə • Şərh yoxdur

«Azərikimya» İstehsalat Birliyinin akt zalında könüllü tibbi sığorta ilə bağlı maarifləndirici tədbir keçirilmişdir.

Diqqətə çatdırılmışdır ki, ötən ildən etibarən kimyaçılara respub­li­kamızın 16 səhiyyə ocağı tibbi xidmət göstərir ki, onlardan da ikisi Sumqayıt şəhərində yerləşir. Müqavilə şərtlərinə görə il ərzində hər bir əməkçinin tibbi xidmətdən istifadə etmək hüququ var. Qeyd edilmişdir ki, ötən il «Azərikimya»nın yüzlərlə əməkçisi respublikanın müxtəlif klinikalarında müayinə və müalicə olunmuşlar. Kimyaçıların 850 nəfəri stasionar müalicə almış, bir çoxları uğurlu cərra­hiyyə əməliyyatlarından keçmişlər.

Tədbirdə əməkçilərin səhiyyə ocaqları ilə bağlı sualları cavablandırılmış və qeyd olunmuşdur ki, həftənin bütün günlərində sığorta şirkəti tərəfindən əməkçilərin müraciətləri qəbul olunur, lazım gəldikdə müvafiq tibb müəssisəsi tərəfindən təxirə salınmadan həkim briqadasının ünvana göndərilməsi təmin olunur.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın