Menu
Geri İrəli

Klaus Şehferin rəhbərlik etdiyi nümayəndə heyəti Sumqayıtda

Müəllif: sumqayitxeber.com • Tarix: 26 May 2016 • Baxış sayı: 4,361 dəfə • Şərh yoxdur

13238957_1120838161272782_8278069816539012245_n

25 may 2016-cı il tarixində SOCAR prezidenti Rövnəq Abdullayev Almaniyanın UNIPER (EON) şirkətinin prezidenti Klaus Şehferin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Sumqayıt şəhərində olmuşdur. Öncə SOCAR rəhbərliyi və qonaqlar Ümummilli lider Heydər Əliyevin “Azərikimya” İstehsalat Birliyinin Baş ofisindəki güşəsini ziyarət etmiş, Ulu öndərin büstü önünə gül-çiçək dəstələri düzmüşlər.
Sonra Birliyin Konfrans zalında SOCAR və UNIPER (EON) şirkətlərinin Koordinasiya Komitəsinin üçüncü iclası keçirilmişdir. SOCAR prezidenti Rövnəq Abdullayev qonaqları salamlamış, xoş arzularını yetirmişdir.
Almaniyanın UNIPER (EON) şirkətinin prezidenti Klaus Şehfer də öz növbəsində hamını salamlamış və səmimi qəbula görə nümayəndə heyəti adından minnətdarlığını ifadə etmişdir.
Görüşdə eyni zamanda SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov və UNIPER (EON) şirkətinin vitse-prezidenti Uve Fip tərəfindən hazırlanmış yüksək biliyə, nəzəri, elmi və praktiki potensiala malik mütəxəssislərin hazırlanması və digər layihələrlə bağlı təqdimatlar dinlənilmişdir.
“Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Muxtar Babayev qonaqlara “Azərikimya”da həyata keçirilən yeni layihələr haqqında məlumat vermişdir.
Çıxışlardan sonra SOCAR və UNIPER (EON) şirkəti arasında enerji və buxar istehsalı sahəsində fəaliyyət göstərəcək birgə müəssisənin – “SOCAR-UNIPER” MMC-nin yaradılması haqqında saziş imzalanmışdır. Sazişə əsasən SOCAR 51, UNİPER isə 49 faiz pay bölgüsünə sahib olacaqlar.
13265865_1120838171272781_2374691758294761464_n

Görüş çərçivəsində həmçinin ilk layihə kimi “Azərikimya” İstehsalat Birliyinin Etilen-polietilen zavodunda Buxar Generator Kompleksinin enerji effektivliyinin artırılması və əlavə enerji istehsal edilməsi məqsədi daşıyan yeni Buxar Turbogenerator qurğusunun tikintisi barədə İlkin Layihə Sazişi imzalanmışdır. Sazişlər müvafiq olaraq SOCAR prezidenti Rövnəq Abdullayev və UNIPER (EON) şirkətinin prezidenti Klaus Şehfer tərəfindən imzalanmışdır.
Sonra SOCAR rəhbərliyi görüş iştirakçıları və UNIPER (EON) şirkətinin nümayəndə heyəti ilə və Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov ilə birgə Etilen-polietilen zavoduna yola düşmüşlər. Öncə ərazi ilə tanış olunmuş, sonra isə zavodun Buxar və elektrik enerjisi istehsalatı ərazisində tikilməsi planlaşdırılan yeni Buxar Turbogenerator qurğusunun təməlqoyma mərasimi keçirilmişdir.
Təməlqoyma mərasimindən sonra ərazidə ağacəkmə aksiyası keçirilmişdir.
Sonda SOCAR rəhbərliyi SOCAR-Polymer və Karbamid zavodlarına gedərək tikinti işlərinin vəziyyəti ilə tanış olmuşdur.13233042_1120836574606274_3420622851302419691_n
13239127_1120836951272903_2888356622203382262_n 13239337_1120834004606531_7516917126510198266_n 13241096_1120838231272775_1399239456034393501_n 13244700_1120835221273076_6662393972576756282_n 13256491_1120835161273082_6242878083443258192_n 13263790_1120834101273188_4062897543183509267_n 13263926_1120834797939785_2591387221808022171_n
13267696_1120837841272814_1008394348315949079_n

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın